Ii Mehmed Geray - Wikipedia
II Mehmed Gəray və ya Semiz Mehmed Gəray (1532-1584) — 1577-1584-cü illərdə hakimiyyətdə olan Krım xanı.
II Mehmed Gəray | |
---|---|
25 iyun 1577 – may 1584 | |
Əvvəlki | I Dövlət Gəray |
Sonrakı | II Səadət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1532 |
Vəfat tarixi | may 1584 |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Dövlət Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Həyatı
redaktəII Mehmed Gəray atası Krım xanı I Dövlət Gərayın Rusiya və Reç Pospolita üzərinə etdiyi bir çox yürüşlərdə iştirak etmişdir. 1555-ci ildə böyük qardaşı kalga Sultan Əhməd Gərayın ölümündən sonra kalga təyin edilmiş və atasından sonra taxtın varisi təyin edilmişdir.[1][2] Atasının hakimiyyəti dövründə Mehmed Gəray kalga vəzifəsini tutdu.
1558-ci ilin qışında, böyük Krım tatar ordusunun başında olan kalga Mehmed Gəray Or bərzəxidən Cənubi Rusiya torpaqlarına yürüş etdi. 1570-ci ildə böyük orduya (50-60 min nəfər) rəhbərlik edən Mehmed və Adil Gəray Ryazan və Kəşir ərazilərinə yürüş etdilər. 1571-1572-ci illərdə kalga Mehmed Gəray atası ilə birlikdə Rusiyaya qarşı iki böyük yürüşdə iştirak etdi.
1566-cı ildə kalga Mehmed Gəray Krım ordusunun əsas qüvvələri ilə Macarıstana qarşı yürüşə başladı və burada Osmanlı ordusu ilə birlikdə Avstriya-Macarıstan İmperiyasına qarşı hərbi əməliyyatlarda iştirak etdi.
Hakimiyyətə gəlməsi
redaktə29 iyun 1577-ci ildə Krım xanı I Dövlət Gəray Bağçasarayda öldü. Atasının ölümündən sonra 45 yaşlı Mehmed Gəray Krım taxtına çıxdı. II Mehmed Gəray Adil Gərayı yeni kalga təyin etdi.[3]
1577-ci ildə yeni xan II Mehmed Gəray başda olmaqla böyük bir Krım ordusu Polşa-Litva sərhədinə yürüş etdi. Krımlar yürüşü dayandırmaq üçün Polşa kralından böyük məbləğdə xərac aldılar və Volinya şəhərini yandırdılar. Yürüş zamanı Krım tatarları və noqaylar xəracdan əlavə olaraq 35 min əsir, 40 min at, 500000 inək, öküz və qoyun ələ keçirdilər.
1578-ci ilin yayında Səfəvilərlə müharibə edən Osmanlı Sultanı III Murad öz vassalı Krım xanı II Mehmed Gəraydan Qafqaza hərbi yürüş etməyi əmr edir. II Mehmed Gəray özü bu yürüşdə iştirak etməkdən imtina etdi və Sultana xəstələndiyini bildirdi. Xanın əmri ilə kalga Adil Gəray və Şakay Mübarək Gərayın komandanlığı altında 20000 nəfərlik tatar ordusu yola düşdü.[4]
İstinadlar
redaktə- ↑ О. Гайворонский. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007 г., ст. 243
- ↑ Gaivoronsky, page 300 is vague here and this is hard to check in other sources.
- ↑ From Russian Wikipedia citing no source. It is briefly mentioned by Howorth citing Karamzin. Omitted by Gaivoronsky.
- ↑ О. Гайворонский. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007 г., ст. 280