Ii Presian - Wikipedia
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı.
II Presian | |
---|---|
bolq. Пресиян II | |
Birinci Bulqar dövlətinin XXVII imperatoru | |
Vəzifədədir | |
1018-ci ildən | |
Əvvəlki | İvan Vladislav |
Sonrakı | II Pyotr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təqr. 996 |
Doğum yeri | Bolqarıstan |
Vəfat tarixi | təqr. 1060 |
Vəfat yeri | Macarıstan |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | İvan Vladislav |
Anası | Mariya |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
redaktəİvan Vladislavın ən böyük oğlu olub Bulqarların azadlıq mücadiləsinə rəhbərlik etmişdir. 1018-ci ildə Tomorr dağında bir neçə ay qardaşları Aaron və Alusianla birlikdə mübarizə aparan çar sonda təslim olmağa məcbur oldu və Bizans hakimiyyətində yaşamağa başladı.
Sürgün
redaktəPresian magistros rütbəsi verilərək saray əyanına çevrilmişdi. 1020-ci illərdə VIII Konstantinə qarşı saray çevrilişi etməyə cəhd etmiş və sürgün olunmuşdu. 1029-cu ildə III Romanın hakimiyyəti zamanı yenidən saraya qayıdan Presian imperatorun qızı ilə evlənib taxtı ələ keçirməyə cəhd etdi. Lakin planın üstü açıldı və Presian 1030-cu ildə kor edilərək yenidən sürgünə göndərildi. 1060-cı ilə aid qəbri Slovakiyada tapılmışdır. Onun məğlubiyyəti ilə Birinci Bulqar dövlətinə rəsmən son qoyulmuş oldu.[1]
İstinadlar
redaktə- ↑ John V.A. Fine Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.