Ii Vace - Wikipedia
II Vaçe — Azərbaycan Albaniya dövlətinin Arşakilər sülaləsindən olan hökmdarı.[1]
II Vaçe | |
---|---|
Azərbaycan Albaniya dövlətinin Arşakilər nəslindən olan VIII hökmdarı | |
444 – 463 | |
Əvvəlki | Yesuagen |
Sonrakı | III Vaçaqan |
Şəxsi məlumatlar | |
Atası | Yesuagen |
Anası | II Yezdəgirdin bacısı |
Ailəsi | Alban Arşakiləri |
Dini | Alban Həvari Kilsəsi |
Hakimiyyətə gəlişi və Sasanilərə qarşı mübarizəsi
redaktə444-cü ildə kiçik Arşaki sülaləsindən Yesuagenin oğlu (Yesuagenin həyat yoldaşı Sasani şahı II Yezdəgirdin bacısı idi) II Vaçe hakimiyyət başına gəldi. M.Kalankatlı yazır ki, Sasani şahı Perozun (Firuzun) əmrilə II Vaçe Perozabat (Firuzabad - Bərdə) şəhərini inşa etdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə köçməsi daxili siyasətdəki dəyişikliklərlə bağlı idi. Köçərilərin tez-tez baş verən yürüşləri ilə əlaqədar olaraq ölkənin mədəni-siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti Sasani əleyhinə xalq hərəkatı ilə - 450-ci ildə Vardan Mamikonyanın başçılığı ilə qalxan üsyan, eləcə də 457-463-cü illərdə II Vaçenin özününü başçılığıyla Albaniyada baş vermiş üsyanla əlaqədardır. Albaniya əhalisinin Sasanilər əleyhinə mübarizəyə qalxmağa məcbur edən səbəblər iqtisadi-siyasi və mədəni-ideoloji zülm idi. II Yezdəgird Cənubi Qafqazda xristianlığın kökünü kəsmək, məzdəki məzhəbini yaymaq üçün 700 məzdəki kahin göndərmişdi, onların da 300 nəfəri Albaniya üçün nəzərdə tutulurdu. II Vaçe II Yezdəgirdin sarayına çağırılmış, orada məzdəkiliyi qəbul etməyə məcbur olmuş, üstəlik də girov kimi şah sarayında saxlanılmışdı. [1]
II Yezdəgirddən sonra Sasanilərlər münasibətləri
redaktə457-ci ildə II Yezdəgird vəfat etdi; onun ölümü Sasani xanədanında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe Sasanilər dövlətinə qarşı qiyam qaldırdı. Bu qiyam ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi məzdəkilikdən əl çəkməsində göstərdi. 459-cu ildə Sasani taxtında Firuz (459–484) oturdu. Onun dövründə təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli quraqlıq, qıtlıq və Firuzun xarici müharibələri nəticəsində daha da ağırlaşdı. Bütün bunlar Albaniyada narazılığa və arasıkəsilməz üsyanlara səbəb oldu. Erməni tarixçisi Yeqişenin dediyi kimi, Sasani dövlətində müvəqqəti olaraq yaranmış əmin-amanlıq 459-cu ildə "alban hökmdarının tabe olmaqdan qəti imtina etməsi ilə" pozuldu. Çola keçidini ələ keçirən alban üsyançıları maskutların qoşunlarını ölkəyə buraxaraq, Böyük Qafqazın on bir "hökmdarı" ilə ittifaq bağladılar və onların köməyilə Albaniyaya soxulan Sasani qoşunları ilə iki il uğurlu hərbi əməliyyatlar apardılar. Sasanilərin II Vaçe ilə dəfələrlə danışıqlara girmək cəhdləri heç bir nəticə vermədi. Onda Firuzun böyük muzdla tutduğu hunları – onoqurları köməyə çağırdı. Alan qapısından Albaniyaya soxulan hunlar 462-ci ildə albanlarla döyüşə girdilər, bütün ili alban hökmdarı ilə vuruşdular. Vaçenin qoşunlarının azalmasına və dağılmasına baxmayaraq hunlar onu tabe edə bilmədilər. Bu müharibə Sasani ordusunun muzdlu döyüşçüləri olan onoqurlar üçün də çox uğursuz oldu. Onların bir qismi döyüş meydanında, digərləri xəstəliklərdən həlak oldu. Albaniyada 457-ci ildə başlayan bu üsyan yalnız 463-cü ildə yatırıldı. Sasanilərin ölkədəki mövqeyi yenidən möhkəmləndi, II Vaçe taxt-tacdan imtina etdi, Arşakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni Sasanilərin canişini – mərzban idarə etməyə başladı.[1]
Hakimiyyətdən gedişi
redaktəSasanilər Albaniyada yenidən möhkəmlənəndən sonra II Vaçe Sasani hökmdarı Furzdan xahiş etdi ki, atasından qalma mülkə dəyməsinlər. Musa Kalankatlı II Vaçe hakimiyyətdən əl çəkəndən sonra yepiskop Qutun ona yazdığı məktubu misal gətirir. Bu məktub əslində hökmdara həsr olunmuş himn, mədhnamə idiː
Sənin ölkənin məzhəbi olduğu kimi qalmış, kilsələrə toxunulmamış, ibadətgahlar sakitçlik içində, keşişlər kilsələrdə, qurbanlar da qurbangahlarda[1] |