Imax - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
IMAX (Image Maximum) yüksək ölçülü və aydın təsvir qabiliyyətinə malik film nümayişi sistemidir. Sistem Kanadanın əyləncə texnologiyaları şirkəti olan IMAX Corporation tərəfindən icad edilmiş və inkişaf etdirilmişdir. Adi bir film çərçivəsi 35 mm formatdadır, IMAX filmləri isə 70 mm-dir. Imax texnologiyasında 2D və ya 3D formatında nümayiş etdirilən film 7 mərtəbəli bina hündürlüyündə və basketbol meydançası ölçüsündə nəhəng ekrana proyeksiya edilir. IMAX sistemi indiyə qədər qurulmuş ən güclü 15.000 vattlıq proyeksiya lampası ilə əks etdirilir. Bu işığı hətta Aydan da görmək mümkündür. Təsviri 6 kanallı rəqəmsal surround səs sistemi müşayiət edir. Standart IMAX ekranının eni 22 metr və hündürlüyü 16 metrdir.
Bundan əlavə, omni-max adlı IMAX tipində balıqgözü linzaların köməyi ilə təsvir sferik ekrana proyeksiya edilir və üfüqi oxda 180 dərəcə təsviri təmin edir. IMAX xüsusi məkanlarda geniş formatda təqdim edilən dünyanın ən uğurlu film nümayişi sistemidir. Bəzi çatışmazlıqları da mövcuddur. Məsələn, IMAX-da çəkən kameraların çəkisi ən azı bir insanın çəkisi qədərdir. Bu da öz növbəsində, filmlərdə çətin səhnələrin çəkilişində xüsusi çətinliklər yaradır. Bundan əlavə, film standart kinofilmlərdən ən azı 5 dəfə bahadır və 1 dəqiqəlik çəkiliş minlərlə dollara başa gəlir. Ona görə də IMAX çəkilişlərində səhvə yer olmadığı üçün, bu cür çəkilişlər sənədli filmlərin və təbiət şəkillərinin çəkilişlərində istifadə olunur.
Imax kameraları 15/70 film üçün nəzərdə tutulub. Kameralar istifadə olunan filmin həcminə və çəkisinə görə normaldan çox böyük və ağırdır. Imax kamerasının çəkisi 19–45 kq, 3D kameraların çəkisi isə 109 kq təşkil edir. Kameraların ən mühüm xüsusiyyəti, filmi digər kameralar kimi şaquli olaraq deyil, üfüqi şəkildə nümayiş etdirməsidir. 3 ölçülü (3 D) çəkilişlər üçün isə eyni gövdədə insanın iki gözünün bucağına uyğun yerləşdirilən iki ayrı obyektiv və iki ayrı plyonka mexanizmi nəzərdə tutulub. Hər bir obyektiv öz filmini yaradır. Hər 3D filmdə eyni şəkil müxtəlif üfüqi bucaqlara malik iki ayrı film kimi stereoskopik şəkildə çəkilir.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |