Iv Fridrix Pfals Kurfurstu - Wikipedia
Səmimi Fridrix (alm. Friedrich Der Aufrichtige; 5 mart 1574[1][2][…] və ya 1574[3], Amberq, Yuxarı Pfalts[6] – 19 sentyabr 1610[1], 9 sentyabr 1610[4] və ya 1610[3], Heydelberq[6]) — Vittelsbax sülaləsindən Pfals kürfürstü. 1574-cü ildə, Amberqdə doğulmuşdu. Onun valideynləri Pfals kürfürstü VI Lüdviq və Hessenli landqraf I Filippin qızı Elizabet idi.
IV Fridrix | |
---|---|
alm. Friedrich IV. von der Pfalz | |
22 oktyabr 1583-cü il – 19 sentyabr 1610 (ləqəbi: Səmimi) | |
Əvvəlki | VI Lüdviq |
Sonrakı | V Fridrix |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1574[1][2][…] və ya 1574[3] |
Doğum yeri | |
Vəfat tarixi | 19 sentyabr 1610[1], 9 sentyabr 1610[4] və ya 1610[3] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Kürfürst |
Atası | VI Lüdviq (Pfals kürfürstü)[5][6] |
Uşaqları | |
Ailəsi | Pfals-Zimmern |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
redaktə1583-cü ildə taxta çıxanda Fridrixin cəmi doqquz yaşı var idi. Bu səbəbdən onun əmisi, Lautern hakimi İohann Kazimir 1592-ci ilə qədər Pfals kürfürstlüyündə qəyyumluq vəzifəsini ələ keçirdi. Deyilənə görə, IV Fridrix lüteran kimi tərbiyə olunduğu üçün əvvəlcə İohann Kasimiri qəyyum kimi tanımaqdan imtina etmişdi. Sonradan Pfals üzərində qohumlarından biri olan Reyxardla (1521–1598) uğurlu mübarizə apardı. Bu mübahisənin həlli və həmçinin IV Fridrixin hakimiyyətinin əsas hissəsi Vetterau Qraflar Assosiasiyasında təmsil edilən zadəgan ailələri ilə sıx bağlı olan protestant məmurların qərarlarının təsirindən asılı idi.
1606/7-ci illərdə IV Fridrix Mannhaymda Fridrixsburq qalasını tikdirdi. 1608-ci ildə isə Protestant liqasına rəhbərlik etməyə başladı. Katolik və protestant knyazlıqları arasında qarşıdurma xeyli gücləndi.
Hakimiyyəti dövründə Heydelberq qalasının genişləndirildi. Qaladakı onun adını daşıyan Fridrixsbau binası bu vaxt tikilmişdi. Fridrixsbaunun həyət fasadında Çurlu ustad Sebastian Götz tərəfindən yaradılmış alm. Wittelsbacher Ahnengalerie (Vittelsbax Əcdad Qalereyası) sülalənin tarixini çox təsir edici şəkildə təqdim edir, maraqlıdır ki, burda hətta Böyük Karlın da adı var.
Zəif təhsilinə baxmayaraq, Fridrix humanitar elmlərə böyük maraq göstərirdi və Heydelberq Universitetində tarix və şərqşünaslıq kafedralarının əsasını qoymuşdu. Kürfürst əsasını qoyduğu Manhaym sakinlərinə məcburi əməkdən azad olmaq kimi xüsusi hüquqlar vermişdi. Əcnəbilər 20 il müddətinə əmlak vergisindən azad edildi. Bu, miqrasiyanı asanlaşdıracaq və sakinlərin sayını artıracaqdı.
Fridrix ömrünün sonuna yaxın alkoqolizmə düçar oldu və dövlət işlərini əsasən nazirlərdən biri olan Kristian fon Anhalt-Bernburqa tapşırdı. 1610-cu ildə Heydelberqdə xəstəlikdən öldü və burada Müqəddəs Ruh Kilsəsində dəfn edildi.
Ailəsi
redaktə1593-cü ildə o, Oranlı Vilhelm və Şarlotta de Burbon-Monpansyenin qızı Nassaulu Luiza Yuliana ilə evləndi. Onların səkkiz övladı var idi:
- Luiza Yuliana (16 iyul 1594 – 28 aprel 1640); 1612-ci ildə Pfals-Çvaybrükgenli II İohann (1604–1635) ilə evləndi
- Katarina Sofiya (10 iyun 1595 – 28 iyun 1626)
- V Fridrix (16 avqust 1596 – 29 noyabr 1632)
- Elizabet Şarlotta (19 noyabr 1597 – 26 aprel 1660); 1616-cı ildə Brandenburq kürfürstü Georq Vilhelm ilə evləndi.
- Anna Eleonora (4 yanvar 1599 – 10 oktyabr 1600)
- Lüdviq Vilhelm (5 avqust 1600 – 10 oktyabr 1600)
- Moritz Kristian (18 sentyabr 1601 – 28 mart 1605)
- Lüdviq Filipp (23 noyabr 1602 – 6 yanvar 1655)
Mənbə
redaktə- Moriz Ritter: Friedrich IV. Allgemeine Deutsche Biographie (ADB). Band 7, Duncker & Humblot, Leipzig 1877, S. 612–621.
- Peter Fuchs: Friedrich IV. der Aufrichtige. Neue Deutsche Biographie (NDB). Band 5, Duncker & Humblot, Berlin 1961, ISBN 3-428-00186-9, S. 532–535
- ↑ 1 2 3 4 Frederick IV // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Friedrich IV Kurfürst von der Pfalz // The Peerage (ing.).
- ↑ 1 2 3 4 https://www.biografiasyvidas.com/biografia/f/federico_iv_el_justo.htm.
- ↑ 1 2 Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Kindred Britain.
- ↑ 1 2 3 4 5 6 Catalog of the German National Library (alm.).