I Cesur Boleslav - Wikipedia
I Cəsur Boleslav (pol. Bolesław I Chrobry, 967[1], Poznan – 17 iyun 1025[2], Qnezno) — Polşa knyazı (992-1025) və Polşanın ilk kralı (1025), 1003—1004-cü illərdə IV Boleslav (çex. Boleslav IV) adı altında Çexiya knyazı.
I Cəsur Boleslav | |
---|---|
pol. Bolesław I Chrobry | |
Polşa kralı[d] | |
18 aprel 1025 – 17 iyun 1025 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 967[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyun 1025[2] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | I Meşko |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
redaktəPolşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko (960-992) olmuşdur. O, 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992-1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir. Onun dövründə Polşa knyazlığı özünün ən güclü dövrünü yaşayırdı. Polşa və Vistula çayları arasında yaşamış olan İslav qəbilələrinin qurmuş olduğu bir dövlətdir. O zamanki bu İslavlara "yayla insanları" mənasını verən "Polane" deyilirdi. Zamanla bu ad Polşa halına çevrildi.
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Boleslaw I, King of Poland // The Peerage (ing.).
- ↑ 1 2 Boleslaw I // Encyclopædia Britannica (ing.).