I Mixail Imperator - Wikipedia
I Mixail (yun. Μιχαὴλ Ῥαγγαβέ) (təq. 770, Konstantinopol – 11 yanvar 844, Xınalıada) — Bizans imperatoru.[1][2][3]
I Mixail | |
---|---|
Əvvəlki | Stavrak |
Sonrakı | V Leo |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 770 |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 844 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | şərqi ortodoks xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası Bizans donanmasında admiral olan Teofilakt Raqabe idi. Gələcəkdə taxtı ələ keçirəcək Nikeforun qızı Prokopiya ilə evləndi və qaynatasının 802-ci ildə hakimiyyəti ələ keçirməsinin ardından sarayda yüksək rütbəyə gətirildi. Qaynatasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə I Nikefor həlak oldu. Oğlu və yeganə varisi Stavrak isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi. Bu səbəblə saray əyanları 2 qrupa ayrıldı: bir qrup əyan imperatorun xanımı Afinalı Teofanonu, bir qrup isə Mixaili dəstəkləyirdi. Nəhayət, 2 oktyabr 811-ci ildə baş tutan saray çevrilişiylə Stavrak taxtdan endirildi və yerinə bacısı Prokopiyanın əri Mixail taxta çıxarıldı.
Taxta çıxar-çıxmaz Frank kralı Böyük Karlla sülh bağladı və onun Müqəddəs Roma imperatoru olaraq elan edilməsini təsdiq etdi. Bundan başqa Bulqar çarı Krum xanla mübarizəni davam etdirdi. 812–813-cü illərdə çıxdığı səfərlərdə məğub oldu. Bu səbəblə bunun ailəsinə üz vermiş bir lənət olduğunu bildirərək taxtdan çəkildi. Xanımı və övladlarını da alaraq saraydan qaçıb kilsələrin birində gizləndi. 813 tarixli səfərində iştirak edən və bulqarlarla döyüş əsnasında əmrindəki birliklərlə döyüş meydanından qaçan erməni əsilli general Leo dərhal Konstantinopola gəldi və burada özünü imperator elan etdi.
Özünün və ailəsinin təhlükəsizliyini təminat altına almaq istəyən Mixail saray əyanlarına təslim edildi. Adından və bütün ünvanlarından imtina edən Mixail Afonasis adını alaraq oğullarıyla birlikdə rahib olmağı seçdi və kilsəyə çəkildi. Ancaq oğulları taxt hüququndan məhrum edilməsi məqsədilə xədim edildilər. Xanımı Prokopiya və qızları isə başqa bir kilsədə rahibə olaraq yaşamağa davam etdilər.
Övladları
redaktə- Teofilak — 812-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Xədim edilib monastıra sürgün olundu.
- Stavrak
- Nikita — Xədim edilib monastıra sürgün olundu. Daha sonra I İqnatius adıyla Konstantinopol patriarxı elan olundu.
- Qorqo — rahibə oldu.
- Teofano — rahibə oldu.
İstinadlar
redaktə- ↑ Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
- ↑ Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
- ↑ Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645