I Rudolf Bavariya Hersoqu - Wikipedia
Kəkələyən Rudolf (alm. Rudolf der Stammler; 4 oktyabr 1274 – 12 avqust 1319) — Vittelsbax sülaləsindən 1294–1317-ci illərdə Yuxarı Bavariya hersoqu və Reyn qraf-palatini idi.
I Rudolf | |
---|---|
| |
Yuxarı Bavariya hersoqu 1301-ci ildən IV Lüdviqlə birlikdə | |
1294 – 1317 | |
Əvvəlki | II Lüdviq |
Sonrakı | IV Lüdviq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1274 |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 1319 (44 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Lüdviq |
Uşaqları | |
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRudolf 1274-cü ildə Bazeldə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub.[3] 1255-ci ildə Vittelsbax ərazilərinin bölünməsindən sonra atası Münhendəki Alter Hofdakı iqamətgahından Yuxarı Bavariyanı və Heydelberq qalasından Pfalsı, kiçik qardaşı XIII Henrix isə Aşağı Bavariya torpaqlarını idarə edirdi.
Sağ qalan ən böyük oğul olaraq, Rudolf 1294-cü ilin fevralında ölümündən sonra atasının yerinə Yuxarı Bavariya hersoqu oldu. 1322-ci ildə o, Nassaulu Matilda (Almanların kralı Adolfun qızı) ilə evləndi və bununla da atasının evlilik siyasətini davam etdirdi. Lakin Adolf knyazların gözləntilərini puça çıxardı və 1298-ci ildə mərhum kral Rudolfun oğlu və Avstriya hersoqu I Albertin lehinə taxtdan devrildiyi elan edildi. Göllhaym döyüşündə Rudolf, dayısı Albertə qarşı qayınatası Adolfu dəstəklədi. Habsburqlar döyüşdə qalib gəldi, Adolf döyüşdə öldürüldü.
Albert 27 iyul 1298-ci ildə kral seçildi və Rudolf daha sonra Habsburq partiyasına qoşuldu, lakin yeni kralın güclü sülalə siyasəti Vittelsbax münaqişələrinin yenidən canlanmasına səbəb oldu. 1301-ci ildə Albert Rudolfa təzyiq göstərərək, kiçik qardaşı Lüdviqi qəyyumu olaraq qəbul edilməsini tələb etdi. 1301-ci ildə Heydelberq iqamətgahını mühasirəyə alaraq Rudolfun qalan müqavimətini də qırdı. 1308-ci ildə Albertin öldürülməsindən sonra həm Rudolf, həm də Lüdviq onun varisi olmağa ümid edirdilər. Buna baxmayaraq, Maynsın güclü arxiyepiskopu Peter fon Aspeltin ətrafındakı knyazlar Lüksemburq qrafı VII Henrixin namizədliyini irəli sürdülər. Noyabrın 27-də keçirilən seçkidə Rudolf Henriyə səs verməli oldu. 1310-cu ildə o, yeni imperatoru İtaliyaya yürüşündə müşayiət etdi. Bununla belə, əmisioğlu Bavariya hersoqu I Stefanın ölümündən sonra Vittelsbax torpaqlarının bölünməsi, qardaşı Lüdviqlə arasında seçki ləyaqəti ilə bağlı yeni mübahisələr vətəndaş müharibəsi ilə nəticələnəndə iştirakını dayandırmalı oldu.
Qardaşına qarşı mübarizəsi
redaktəNəhayət, 21 iyun 1313-cü ildə Münhendə qardaşlar arasında sülh bağlandı amma bu hələ mübarizənin ilk addımı idi. Tezliklə 1313-cü ilin avqustunda Müqəddəs Roma İmperatoru VII Henrixin vəfatı yeni imperator seçilməsini zəruri etdi. Anasının Lüdviqi dəstəkləməsinə görə Rudolf hətta onu Münhendə həbs edərək dövlət işlərinə qarışmağının qarşısını aldı.
1310-cu ildən Bohemiya kralı olan Henrixin oğlu İohannı bəzi kürfürstlər çox gənc, digərləri isə həddindən artıq çox güclü hesab edirdilər. Alternativlərdən biri, Habsburq sülaləsindən Henrixin sələfi Albertin oğlu Gözəl Fridrix idi. Buna reaksiya olaraq, kürfürstlər arasındakı Lüksemburq tərəfdarı olan qruplaşma Fridrixin seçilməsinə mane olmaq üçün öz namizədi kimi Rudolfun qardaşı Lüdviqi dəstəklədi.[4] 19 oktyabr 1314-cü ildə Köln kürfürstü II Henrix Frankfurtun cənubundakı Saxsenhauzendə dörd kürfürstdən ibarət məclisə sədrlik etdi. İştirakçılar Lüdviqin qardaşı I Rudolf, Saks-Vittenberq hersoqu I Rudolf və Lüksemburqların devirdiyi keçmiş Bohemiya kralı Henrix idi. Bu dörd kürfürst söz birliyi ilə Fridrixi kral seçdilər. Lüksemburqçü qruplaşma bu seçkiləri qəbul etmədi və ertəsi gün ikinci seçki keçirildi.[5] Nəticədə Mayns kürfürstü, Trir kürfürstü, Bohemiya kralı İohann, Brandenburq-Stendal markqrafı Valdemar və Sakse-Lauenburq hersoqu II İohann Lüdviqi dəstəklədi. Bu ikiqat seçkinin ardınca tez bir zamanda iki tacqoyma keçirildi: Lüdviq ənənəvi tacqoyma yeri Axendə Mayns arxiyepiskopu Peter tərəfindən taclandı, adət üzrə yeni kralı taclandırmaq hüququna malik olan Köln arxiyepiskopu isə Bonnda Fridrixin tacını qoydu.
Rudolf həm Bavariyada, həm də Pfalsda qardaşı tərəfindən hücuma məruz qaldı. 1315-ci ilin payızında Rudolfun mühüm qalası olan Volfratshauzen Lüdviq tərəfindən tutuldu. Müdafiəyə keçən Rudolf, 1317-ci ildə tam ümidsizləşərək Habsburq rəqibi ilə münaqişə sona çatana qədər torpaqlarından Lüdviqin xeyrinə imtina etməyə razılaşdı. Daha sonra Rudolf bir müddət Avstriyaya getdi. Rudolfun 1319-cu ilin avqustunda vətənindən uzaqda öldüyü yer dəqiq bilinmir, Ebersberq xronikasına görə bu, Şimali Fransanın İngilis hissəsi ola biləcək "Anglia" idi. O, daha sonra bacarıqlı kiçik qardaşına qarşı çoxlu çarəsiz döyüşlər etdiyi üçün "Kəkələyən" ləqəbini aldı.
Müharibə 1322-ci ilin avqustunda başa çatdı, lakin yalnız 1323-cü ilin iyununda IV Lüdviq və onun üç qardaşıoğlu arasında barışıq oldu. 1329-cu ildə Pavia müqaviləsində Ruprext və qardaşı Rudolf 1329-cu ildə Pfalsın müstəqil bir knyazlığa çevrilməsinə nail oldular. Əvvəlcə hər ikisi ərazini qardaşı oğlu II Ruprext ilə birlikdə idarə etdilər və 1338-ci ildə knyazlıqlarını bölüşdülər. azırkı yaşayan bütün Vittelsbax sülaləsinin davamçıları Rudolfun nəslindəndirlər.
Ailəsi
redaktə1322-ci ilin sentyabrında Nassaulu Matilda (Almanların kralı Adolfun qızı) ilə evlənmişdi. Övladları:
- Lüdviq, Pfalsın irsi şahzadəsi (1297–1312);
- Dürüst Adolf (1300–1327) — 1320-ci ildə İrmenqard fon Ettingen ilə evləndi
- II Rudolf (1306–1353)
- I Ruprext (1309–1390) — Pfals kürfürstü
- Matilda (1312–1375) — 1331-ci ildə Şponhaym qrafı III İohann ilə evləndi
- Anna (1318–1319)
İstinadlar
redaktə- ↑ Lundy D. R. Rudolf I Pfalzgraf von der Pfalz // The Peerage (ing.).
- ↑ Kindred Britain.
- ↑ Thomas, 2010. səh. 387
- ↑ Walter Friedensburg. Ludwig IV. der Baier und Friedrich von Oesterreich von dem vertrage zu Trausnitz bis zur zusammenkunft in Innsbruck. Druck von Pontt & v. Döhren. 1877.
- ↑ John Powell. Magill's Guide to Military History: Cor-Jan. Salem Press. 2001. səh. 588. ISBN 9780893560164. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-13.
Mənbə
redaktə- Thomas, Andrew L. A House Divided: Wittelsbach Confessional Court Cultures in the Holy Roman Empire, c. 1550-1650. Brill. 2010.
- Alois Schmid: Rudolf I. (der Stammler). Neue Deutsche Biographie (NDB). Band 22, Duncker & Humblot, Berlin 2005, ISBN 3-428-11203-2, S. 182 f. (Rəqəmsal).