I Sahib Geray - Wikipedia
I Sahib Gəray (1500[1], Krım – 1550[1], Krım) — IX Krım xanı.[2]
I Sahib Gəray | |
---|---|
mart 1521 – aprel 1524 | |
Əvvəlki | Şahəli xan |
Sonrakı | Səfa Gəray |
yanvar 1533 – dekabr 1550 | |
Əvvəlki | I İslam Gəray |
Sonrakı | I Dövlət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1500[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1550[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Mənqli Gəray |
Anası | Bəyim Sultan |
Uşağı | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktə1500-cü ildə Bağçasarayda doğuldu.[3] Atası Krım xanı Məngli Gəray, anası isə onun xanımlarından Bəyim Sultandır. Uşaqlığı haqqında yetərli məlumat yoxdur. Haqqında ilk məlumat isə 1510-cu ildə ögey anası Nur Sultan Bikəylə Moskva knyazlığı və Qazan xanlığına səyahət etməsiylə bağlıdır.[4][5]
Moskva və Qazan səyahəti
redaktəUluq Məhəmmədin soyundan gələn son müsəlman Qazan xanı Məhəmməd Əmin xan Nur Sultan Bikənin öncəki evliliyindən doğulan oğlu idi. Digər oğlu Əbdüllətif isə Moskva knyazlığında girov saxlanmaqda idi. Bu səyahətdə Sahib Gərayın ögey anasını müşayiət etməsi isə öncədən planlaşdırılmışdı. Belə ki, Məhəmməd Əmin xan və qardaşı Əbdüllətifin övladı yox idi və I Məngli Gəray bu siyasi evliliklə öz oğullarından birini Qazan xanlığında hakimiyyətə gətirmək istəyirdi.
21 iyul 1510-cu ildə ögey anası Nur Sultan Bikə, atasının elçiləri Şeyx Molla Şahzadə və Laqim Berdi Duvanla[6] birlikdə Moskva knyazlığına gələn Sahib Gəray burada knyaz III Vasiley və boyarları tərəfindən mərasimlə qarşılandı. Burada bir ay qaldıqdan sonra Sahib Gəray və Nur Sultan Bikə 20 avqust 1510-cu ildə Qazan xanlığına yola düşdü. Ancaq yanlarında gələn Şeyx Molla Şahzadə və Laqim Berdi Duvan knyaz tərəfindən girov alındı və onların əvəzinə Moskva elçisi İvan Kobyakov Qazana gedən heyətə daxil edildi. Bu isə Moskva knyazlığı əleyhinə qurula biləcək Krım-Qazan ittifaqına qarşı alınan ehtiyat tədbiri idi. Qazanda ögey anasıyla birlikdə təxminən 10 ay qalan Sahib Gəray ardından heyəti də yanına alaraq 22 iyun 1511-ci ildə Moskvaya qayıtdı. Bir neçə ay da burada qaldıqdan sonra 5 dekabr 1511-ci ildə Krıma doğru yola düşdülər. Geri dönərkən III Vasileyin elçisi Mixail Vasilyeviç Tuçkov da Krım xanına verilən illik xəracla birlikdə Krıma gəldi. Üstəlik səyahət boyunca hər hansı bir təhlükəyə qarşı Moskva knyazı tərəfindən xüsusi hərbi birlik bu heyəti Putivl bölgəsinə qədər müşayiət etdi.
Səyahət boyunca olan fəaliyyətləri haqqında yetərli məlumat olmasa da, onların bu səyahəti çox keçmədən öz bəhrəsini verdi. Moskva knyazlığı və Qazan xanlığı arasında uzun müddətdir ki davam edən toqquşmalar başa çatdı və tərəflər arasında sülh bağlandı.[7]
I Mehmed Gəray dövrü
redaktəAtası I Məngli Gərayın 17 aprel 1515-ci ildə vəfatının ardından qardaşı I Mehmed Gəray taxta çıxdı və yaşca ən böyük xanzadə olan qardaşı Topal Əhməd Gərayı könülsüz olaraq kalqay təyin etdi. Ancaq qardaşıyla münasibətləri yaxşı deyildi və bu səbəblə aralarında yaranan sürtüşmə qardaşının 1519-cu ilin martında öldürülməsiylə nəticələndi. Qardaşının ölümünün ardından öz oğlu Bahadır Gərayı kalqay təyin edən I Mehmed Gəray beləcə xanlıqdakı siyasi çaxnaşmaya son qoydu.
Bu dövrdə Krım tatarlarının tərtiblədiyi basqınlara qatılan Sahib Gəray ilk olaraq 1517-ci ilin aprelində Lehistan üzərinə tərtiblənən basqında iştirak etdi. Bu əsnada Qazan xanı Məhəmməd Əmin xan ağır xəstə idi və varisi yox idi. Moskva knyazlığında girov tutulan qardaşı Əbdüllətif isə vərasət məsələsinin müzakirə edildiyi əsnada 19 noyabr 1517-ci ildə anidən vəfat etmişdi. Bu səbəblə, 1518-ci ilin avqustunda Moskva knyazı III Vasileyə göndərilən bir yarlıqla I Mehmed Gəray Qazan xanlığının taxtı üçün qardaşı Sahib Gərayı namizəd göstərdi. Çox keçmədən 1518-ci ilin dekabrında Məhəmməd Əmin xan vəfat etdi və I Mehmed Gərayın öncədən göndərdiyi yarlığa zidd olaraq ruspərəst yerli əyanlar knyaz III Vasilyevin dəstəyilə Qasım xanı Şahəli xanı taxta çıxardı.[8] O əsnada qardaşı kalqay Topal Əhməd Gərayla mübarizə aparan I Mehmed Gəray bu səbəblə bir müddət buna səssiz qaldı.
Qazan xanlığı dövrü
redaktəNəhayət, Osmanlı sultanı Sultan Süleymandan aldığı dəstəklə qardaşı Sahib Gərayı 300 nəfərlik birliklə Qazana göndərən I Mehmed Gəray burada hakimiyyəti ələ aldı. 1521-ci ilin martında Qazan xanlığında taxta çıxan Sahib Gəray dərhal Şahəli xan və dəstəkçilərinə qarşı mübarizəyə başladı. Özüylə birlikdə gətirdiyi 5 min Qasım tatarı və min nəfər rus əsgərləri qılıncdan keçirildi. Şahəli xan, xanımı və yanındakı 300 nəfərin canı isə bağışlandı və Moskvaya göndərildi.
Qazan xanlığı dövründə Sahib Gəray qardaşı I Məngli Gərayla birlikdə bölgədəki rus nüfuzuna qarşı mübarizə apardı. 29 iyul 1521-ci ildə birləşən tatar birlikləri knyazlığa hücum edərək Moskvanı mühasirəyə aldılar. Ancaq Astraxan tatarlarının Krıma ani hücumu səbəbilə bu mühasirə qısa zaman sonra qaldırıldı. Bununka birlikdə III Vasileyin paytaxtdan qaçıb gizlənməsi, Moskvanın mühasirəyə alınması, knyazın xərac verməyə razı olması və Sahib Gərayın Qazan xanlığındakı hakimiyyətini tanıması ilə nəticələnən bu hücumun ardından I Mehmed Gəray Krıma döndü.
Qazan xanlığı dövründə qardaşının Həştərxan xanlığı və Moskva knyazlığı üzərinə tərtiblədiyi səfərlərdə iştirak edən Sahib Gəray, qardaşının noqaylar üzərinə tərtiblədiyi səfər əsnasında 1523-cü ilin yanvarında Qazan xanlığındakı rus əhalini qılıncdan keçirdi. Bu isə Qazan xanlığı taxtında haqq iddia edən və vaxtilə rus knyazına sığınan Şahəli xan üçün bəhanə oldu. O əsnada Krım xanlığında siyasi vəziyyət olduqca gərgin idi. Belə ki, Krım xanı I Mehmed Gəray noqaylar tərəfindən qətlə yetirilmiş, taxta çıxan oğlu I Qazi Gəray isə yerli əyanlar və Osmanlı hakimiyyəti tərəfindən qəbul edilməmiş, yerinə isə illərdir ki İstanbulda girov saxlanılan əmisi I Səadət Gəray təyin edilmişdi.
Krıma qaçması
redaktəSahib Gərayın bölgədə təkbaşına qalmasından istifadə edən knyaz III Vasiley Şahəli xanı Qazan taxtına çıxarmaq bəhanəsiylə nəhəng ordu topladı. Buna cavab olaraq I Səadət Gəray qardaşına kömək məqsədilə 22 mart 1524-cü ildə qardaşı Fateh Gərayın 13 yaşlı oğlu Səfa Gərayı hərbi birliklə Qazana yolladı. Rusların hücumunu dəf etməsinə baxmayaraq Sahib Gəray bilinməyən bir səbəblə Qazan xanlığını qardaşı oğlu Səfa Gəraya təslim edərək Krıma döndü (aprel 1524). Ancaq burada onun ani dönüşü saray çevrilişinə cəhd olaraq anlaşıldı və 16 avqust 1524-cü ildə Fərahkamen qalasında həbs edildi. 1525-ci ilin fevralınadək burada həbs tutulan Sahib Gəray daha sonra bağışlandı və Bağçasaraya gətirilərək kalqay elan edildi. O əsnada üsyan edən qardaşı oğlu İslam Gərayın mərkəzi hakimiyyətə tabe olması üçün qardaşına kömək edən Sahib Gəray qardaşının yanında səfərlərdə iştirak etdi. Ancaq İslam Gərayla olan mübarizəsi yenidən alovlandı və yerli əyanlar bu sürtüşmənin səbəbkarı olaraq Sahib Gərayı təqsirləndirdi. I Səadət Gəray qardaşını təslim etməkdən imtina etdi və 1532-ci ilin fevralında qardaşını və xanımı Fatma Sultan Bikəni gəmiylə İstanbula göndərdi.
Burada o əsnada davam edən səfər hazırlığına qatılan Sahib Gəray Krımdan göndərilən 10 min nəfərlik tatar birliyi və 40 min nəfərlik axınçı birliyinin başına gətirildi. Səfərdə fəal iştirak edən Sahib Gəray Sultan Süleyman Qanuninin diqqətini çəkdi. Osmanlı sultanının səfərdə olmasından istifadə edən İslam Gəray isə taxtdan çəkilən əmisi Səadət Gərayın yerinə hakimiyyəti ələ almışdı. Ancaq vaxtilə qardaşı Qazi Gərayın başına gələnlərdən çəkindi və səfərin bitməsinin ardından İstanbula elçi göndərərək yeni bir Krım xanının təyin edilməsini istədi. Nəhayət, 1533-cü ilin yanvarında Sahib Gəray Sultan Süleyman tərəfindən Krım xanı elan edilərək gəmiylə Akkirmana göndərildi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
- ↑ Halîm Giray, Gülbün-i Hânân, Haz. İbrahim Gültekin, T. C. Kültür ve Turizm Bakanlığı Yay., Ankara 2019
- ↑ Litsevoy Letopisnıy Svod XVI. Veka, Kniga 18, Akteon, Moskva 2014
- ↑ PSRL, Tom 8, Prodoljenie po Voskresenskomu Spisku, Sank Peterburg 1859
- ↑ Mehmet İpşirli, “Duâgû”, TDV İslâm Ansiklopedisi, C. IX, İstanbul, 1994, s. 541-542
- ↑ ACAR, Serkan, Kazan Hanlığı-Moskova Knezliği Siyasi İlişkileri (1437-1552), TTK, Ankara 2013
- ↑ Kazanskaya İstoriya, Haz. G. N. Moisev, İzdatelstvo Akademii Nauk SSSR, Moskva-Leningrad 1954