Il Popolo D Italia - Wikipedia
Il Popolo D Italia - Wikipedia - Haqqında Məlumat
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu.
Il Popolo d'Italia | |
---|---|
Təsisçi | Benito Mussolini |
Nəşriyyat | Benito Mussolini, Milli Faşist Partiyası |
Baş redaktor | Corc Pini (1936-1943) |
Yaranma tarixi | 15 noyabr, 1914-cü il |
Siyasi mənsubiyyət | |
Dil | italyan dili |
Nəşrini dayandırıb | 26 iyul, 1943-cü il |
Baş ofis | |
Ünvan | İtaliya, Milan, Via Paolo da Cannobbio 35 |
Ölkə | |
Tiraj | 434.000 (28.10.1938) |
Vikianbarda əlaqəli mediafayllar |
1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.