Intel Cipsetleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İntel çipsetləri — LX çipsetləri-66 MHz tezliyində olur və soket370və slot1 prosessorlarını dəstəkləyir. 3DİMM slota malikdirlərvə maksimum 768MB SDRAM dəstəkləyir. Qiymət olaraq başqa çipsetlərə görə daha ucuzdur.
ZX çipsetləri-həm 66 MHz, həm də 100 MHz tezlikdə işləyir. Celeron, PentiumII və PentiumIII prosessorları dəstəkləyir. 2DİMM slotu var və 512MB SDRAM-ı dəstəkləyir. Qiymət olaraq LX çipsetindən daha baha ancaq Bx çipsetindən daha ucuzdur.
BX çipsetləri-66 MHz və 100 MHz tezlikdə işləyir. Celeron. Pentium II və Pentium III prosessorlarını dəstəkləyir. 4 ədəd DİMM slotu ilə 1GB-a qədər RAM dəstəyi var. CAD/CAM kimi şəkil işləmə, database tətbiqləri, səs işləmə və 3D oyunları kimi yüksək performans istəyən tətbiqlərdə seçilir. Əvvəllər ATA33 standartını dəstəkləyən BX çipsetləri artıq ATA66 standartını da dəstəkləyir.
i810 çipsetlərində vahid görünüş və səs xüsusiyyəti mövcuddur.Bu çipsetlər həmçinin 66 MHz və 100 MHz tezliyində işləyir. i810çipsetini digərlərindən fərqləndirən ən böyük xüsusiyyətləri:birbaşa AGP qrafiki interfeysi, ATA66 hard disk standartı, STS(suspend to RAM) və AMR(Audio MOdem Riser)-dir. Həm də ATA66 çipsetini dəstəkləyən ilk çipsetdir. STS xüsusiyyəti ilə çox az elektrik istifadə edərək qısa bir zamanda kompyuterin acılmasına kömək edir.
430NX, "Neptune" 75-133 MHz arasında işləyən prosessorları dəstəkləyir. 430NX LX çipsetinin bir neçə xüsusiyyətlərinin dəyişdirilməsiylə əldə edilmişdir. LX-dən fərqli olaraq cüt prosessorlu və 512MB RAM yaddaşı dəstəkləyən çipsetini əsl işlətmək məqsədi dövrünün ən sürətli çiplərinə kömək etməkdir.