Iris Germanica - Wikipedia
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Mavi süsən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Mavi süsən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəBu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Kökü sıx, ağ kökümsovlu, yuxarı hissəsi yastılaşmış, gərilmiş, bir-iki şaxəyə ayrılmışdır. Bitkinin aşağı tərəfləri çoxsaylı, dairəvi tünd rəngli kökdən ibarətdir. Yuxarı tərəfi qabarıq, yastığabənər qalınlaşmış və köndələn istiqamlətli, üzərində kiçik tünd nöqtələr olmaqla, yarpaqlarında zəif damarlanma mövcuddur. Qazılaraq təzə çıxarılmış kökləri ot iyi verməklə, hava quruducusunda quruyarkən, xoşagələn bənövşə iyi verir.
Plantasiyalarda kökümsovunu 2-3 il becərdikdən sonra payızda toplayırlar. Kökümsovu, yarpaqları və kökləri toplanılır. Kökümsovlarını axar suda yuduqdan sonra günəş altında qurutmaq lazımdır.
Tərkibi və təsiri
redaktəKökümsovunun tərkibində 0,1-0,2% efir yağı vardır. Efir yağının tərkibində miristin turşusu (80-90%) və keton iron vardır.
Su-spirt çıxarışından kompleks dərman preparatları "Bitner" və "Mayrera" balzamları hazırlanır.
Öskürəkkəsici dərmanlar.
Avropa və Britaniya farmokopeyasında əsasən kökümsovundan dərman hazırlanır. Hindistan farmokopeyasında büzücü, işlədici və sidikqovucu dərmanlar, Avropa ölkələrinin farmokopeyasında isə tərqovucu, öskürəkkəsici və işlədici kimi istifadə edilir. Kökündən parfümeriyada, diş məcunlarının hazırlanmasında və konditer sahəsində istifadə edilir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 38.