Iris Caucasica - Wikipedia
Qafqaz süsəni (lat. Iris caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Qafqaz süsəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz süsəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Aşağı və orta dağ qurşaqlarında daşlı və otlu yamaclarda bitir. Dekorativ bitkidir.
Yayılması
redaktəBöyük Qafqazın Quba hissəsi, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi və düzənliyi (Şahbuz rayonu, Batbat kəndi, Culfa rayonu, Qızılca kəndinin ətrafı).
Sayı və tendensiyası
redaktəGeniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, əhali tərəfindən intensiv toplanılması gələcəkdə azalma təhlüksəni ehtimal etməyə əsas verir.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (dekorativ bitki kimi əhali tərəfindən yığılması, otarılma).
Mühafizə tədbirləri
redaktəYayıldığı sahələr, həmçinin təbii populyasiyalarla mühafizə olunması üçün xüsusi tədbirləri aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.