Jak Sayabalyan - Wikipedia
Jak və ya Cek Sayabalyan (Paylaq) (erm. Ժագ Սայապալեան (Փայլակ), d. iyun 1880 — ö. 1915) — Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini.
Jak Sayabalyan | |
---|---|
erm. Ժագ Սայապալեան | |
Təxəllüsü | Palyaq |
Doğum tarixi | |
Doğum yeri | Konya, Konya vilayəti, Osmanlı İmperiyası (İndiki Türkiyə) |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara, Osmanlı İmperiyası (indiki Türkiyə) |
Vəfat səbəbi | erməni soyqırımı |
Milliyyəti | Erməni |
Təhsili |
Reteyos Berberyan Erməni məktəbi Amerikan Kolleci |
İxtisası | jurnalist, tərcüməçi |
Fəaliyyəti | jurnalist, tərcüməçi, yazıçı |
Əsərlərinin dili | Erməni |
Üzvlüyü |
Bioqrafiya
redaktəJak Sayabalyan 1880-ci ilin iyun ayında Osmanlı İmperiyasının Konya vilayətində anadan olmuşdur.[1] Atası Konya qubernatoru idi.[2][3] Sayabalyan ibtidai təhsilini Konyadakı yerli bir məktəbdə tamamlamışdır.[4] 1896-cı ildə İstanbula gedərək "Reteyos Berberyan adına erməni məktəbi"nə daxil olmuşdur.[1][4] Sayabalyan təhsilini iki il ərzində İzmirdə yerləşən Amerikan Kollecində davam etdirmişdir.[1] 1904-cü ildə Amerikan Kollecində təhsilini tamamladıqdan sonra ingilis dilində səlis danışan Sayabalyan, Konyaya geri qayıdıb Britaniya səfirliyinin tərcüməçisi olmuşdur.[4] 5 il tərcüməçilik etdikdən sonra, Sayabalyan İstanbula geri qayıtmış və müxtəlif yerli ermənidilli qəzetləri və jurnalları üçün jurnalistlik etməyə başlamışdır.[1] Konyanı təmsil edən "Erməni Millət Məclisi"nin üzvü olmuşdur.[4] "Surhantaq" və "Massis" kimi yerli ermənidilli qəzetlərində işləmişdir. Sayabalyan "Massis" qəzetində işlədikdən sonra şeirlərini və hekayələrini qələm adı olan "V" ilə imzalayırdı.[1]
Ölümü
redaktə24 aprel 1915-ci il tarixində Jak Sayabalyan dostları ilə birlikdə İstanbuldakı evində həbs olunmuş və Çanqırıya deportasiya edilmişdir.[5] Oradakı həbsxanadan çıxarılmış və Ankarada öldürülmüşdür.[1][6][7]
Həmçinin Bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Mətbuatda keçmişinə senzura tətbiq olunur" Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine. Haber Ruzgarı (Türk dilində). 2010-07-24.
- ↑ Özcan, Mustafa (2012-09-19). "Vartan İhmalyan" Arxivləşdirilib 2013-12-08 at the Wayback Machine. Anadolu Manset (Türk dilində).
- ↑ "Jak İhmalyan" Arxivləşdirilib 2006-08-25 at the Wayback Machine (Türk dilində). Biyografi.net.
- ↑ 1 2 3 4 Lapçinciyan, Teyotoros (1919). Houshartsun nahadoug medavoraganouti Arxivləşdirilib 2020-06-26 at the Wayback Machine (Erməni dilində). səhifə 24.
- ↑ "Soyqırımdan geriyə qalan sözlər" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. Etkin Haber Ajansı. 23 Aprel 2012.
- ↑ Kazarian, Haigazn K. (Payız 1971). "1915-1918 Türk soyqırımının Açılışı: Erməni Liderlərinin Həbs olunması və Öldürülməsi" Arxivləşdirilib 2017-02-14 at the Wayback Machine.Erməni Tənqidi. 24 (3): 22. ISSN 0004-2366 Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine.
Levon Larents: H.F.B. Lynch'in "Ermənistan" əsərinin müəllimi və tərcuməçisi. Ankarada öldürüldu.
- ↑ Sevaq, Qriqoris (2010). Erməni Qolqotası: Erməni soyqırımı xatirələri, 1915-1918 . Nyu York. ISBN 1400096774.