Jorj Pyer Sora - Wikipedia
Jorj-Pyer Söra (fr. Georges Pierre Seurat; 2 dekabr 1859[1][2][…] – 29 mart 1891[1][2][…]) — fransız əsilli postimpressionist və nöqtəçi (puantilist) rəssam. Rəssamlığa gətirdiyi yeni tərzi və özünəməxsusluğu ilə dünya rəssamları arasında xüsusi rola malikdir.
Jorj-Pyer Söra | |
---|---|
fr. Georges-Pierre Seurat | |
Doğum tarixi | 2 dekabr 1859[1][2][…] |
Vəfat tarixi | 29 mart 1891[1][2][…] (31 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, boyakar[d], memarlıq çertyojçusu[d] |
Təhsili | |
Janrlar | janr rəssamlığı[4], peyzaj[4], portret[4] |
Stillər | puantilizm, impressionizm, postimpressionizm[5] |
Tanınmış işləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəJorj Söra 1859-cu il dekabrın 2-də Parisdə anadan olmuşdu. O, uşaqlıqdan rəsmə maraq göstərmiş, gənc yaşlarında isə bəzi önəmli rəssamlardan təhsil almışdı. 20 yaşında olan Jorj ‘Qüsursuz Sənət Nişanələrinə Dair Esse’ adlı kitabdan çox təsirlənərək oxuduğu sənət akademiyasındakı təhsilinı yarımçıq qoyur. Humbert de Superville tərəfindən yazılan bu kitab, rəssama böyük təsir etmiş kitablardan yalnız biri idi. Seurat ordudakı qısa xidmətdən qayıtdıqdan sonra, indi sənət mövzusundakı düşüncələri onun müəllimlərinin fikirlərindən tamamilə uzaqlaşmağa başlamışdı. Sənət məktəbini tərk etdikdən sonra Seurat 1881-ci ildə rəssam dostu ilə La Grande Jatte adasına köçdü. Belə yer dəyişmə Söra üçün böyük ilham mənbəyi olması ilə onun kareyerasında ciddi rol oynamışdı.
Seuratın ilk, yeni üfüqlər açan əsəri "Bathers at Asniéres" 1883-cü ildə Paris Salonu tərəfindən rədd ediləndə, rəssam Salona təkrar müraciət etməyərək, şərti bədii sərgilərə üz çevirmişdi. Bunun əvəzinə o, sənətkarların müasir sənətlə bağlı nəzəriyyələrin inkişafı olan ‘Sənətkarların Müstəqil Qrupu’ ilə birləşdi. Burada rəssamın əsərləri xoş izləyici kütləsi tapdı. Seuratın "Sunday Afternoon on the Island of La Grande Jatte" əsəri — iki illik layihəsi — tamamladığında bu əsər tezliklə milli tərifə çevriləcəkdi. Əsər nöqtəcilik tərzinin tam bir nümayişi idi, böyüklüyü və müstəsna texnikası ilə, ilk dəfə sərgiləndiyi İmpressionist sərgidə böyük tərifə layiq görülmüşdü.
Bu əsər tamamlandıqdan sonra Seurat modeli və məşuqəsi Madeleyne Knobloç ilə başqa bir studiyaya köçdü. Madeleyne 1873-cü ilin fevralında Seuratın ilk oğlu Pyer Jorj Seuratı dünyaya gətirdi. Rəssam isə, 29 mart 1891-də, ikinci oğlunun ölümündən bir neçə ay əvvəl öldü. Seuratın ölümünün səbəbləri, qısa müddət sonra oğlunun da eyni səbəbdən öldüyü meningit idi. Seurat ölümünə görə yarımçıq qalan "The Circus" adlı son sənət əsəri üzərində işləyirdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Georges Seurat (nid.).
- ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 315.
- ↑ 1 2 3 RKDartists (nid.).
- ↑ https://www.metmuseum.org/toah/hd/poim/hd_poim.htm.
Xarici keçidlər
redaktə- Жорж-Пьер Сёра. Картины и биография
- Жизнь и творчество Жоржа-Пьера Сёра на сайте Картины Импрессионистов Arxivləşdirilib 2012-01-29 at the Wayback Machine
- Картины Жоржа-Пьера Сёра Arxivləşdirilib 2006-11-30 at the Wayback Machine
- Сайт о Жорже-Пьере Сёра Arxivləşdirilib 2021-03-07 at the Wayback Machine