Jozef Lui Gey Lussak - Wikipedia
Jozef Lui Gey-Lüssak (6 dekabr 1778[1][2] – 9 may 1850[3][4][…], Paris[6][2]) — Fransız alimi, fizik və kimyaçı.
Jozef Lui Gey-Lüssak | |
---|---|
Doğum tarixi | 6 dekabr 1778[1][2] |
Vəfat tarixi | 9 may 1850[3][4][…] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 4 |
Elm sahələri | kimya, fizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Klod Lui Bertolle |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəJozef Lui Gey-Lüssak 6 dekabr 1778-ci ildə Fransada doğulmuşdur. Onun babası tibb işçisi, atası isə hüquqşünas olmuşdur. O, fransız dilindən başqa italyan, ingilis və alman dillərini də çox gözəl bilmişdir. K.L.Bertollenin tələbəsi olmuşdur. Atom-molekul nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamış qaz qanunları onun adı ilə bağlıdır. 1802-ci ildə Gey-Lüssak müəyyən etdi ki, sabit təzyiqdə qazın həcmi temperaturla mütənasib olaraq artır. Bir qədər sonra o, daha bir yeni qanunu ifadə edir: qapalı həcmdə qazın təzyiqi temperaturla düz mütənasibdir. 1808-ci ildə Gey-Lüssak (alman təbiətşünası Aleksandr Humboldtla birgə) kimyanın inkişafı üçün çox vacib olan həcmi nisbətlər qanununu kəşf etdi. Bu qanuna görə reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz halındakı maddələrin həcmləri nisbəti, sadə tam ədədlərin nisbəti kimidir (bu şərtlə ki, təzyiq və temperatur sabitdir).
XVIII əsrin axırı — XIX əsrin əvvəllərində qazların xassələrini bir çox alimlər araşdırmışlar. Məs., qazın həcmi ilə temperaturu arasındakı asılılığı (sabit təzyiqdə) Gey-Lüssaka qədər fransız fiziki Jak Aleksandr Sezar Şarl (1746–1823) tədqiq etmişdir. Lakin o, aldığı nəticələri vaxtında dərc etdirməmiş, Gey-Lüssak isə qanunu dəqiq ifadə etmişdir. Bu qanun Rusiyada Gey-Lüssak qanunu, lakin Amerika və İngiltərədə isə Şarl qanunu adlanır. Qazın təzyiqlə mütləq temperaturu arasındakı asılılıqda isə (sabit həcmdə) hər şey əksinədir: o, Rusiyada Şarl qanunu kimi, Amerikada və İngiltərədə isə Gey-Lüssak qanunu kimi qəbul edilmişdir. Bəzən bu qanunları uyğun olaraq Gey-Lüssakin birinci və ikinci qanunları adlandırırlar. Maraqlıdır ki, hər iki alim hava şarlarında uçuşları ilə də tanınmışlar.
Gey-Lüssak Jan Batist Bio ilə birlikdə 1804-cü ildə 7000 metr hündürlüyə hava şarı ilə qalxaraq rekord qazanmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Joseph Louis Gay-Lussac // Base biographique (fr.). BIU Santé.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Louis, Joseph Gay-Lussac // Sycomore (fr.). / Assemblée nationale
- ↑ 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA7195&pos=1.
- ↑ 1 2 Гей-Люссак Жозеф Луи // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Find a Grave (ing.). 1996.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |