Korfez Emekdasliq Surasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir.
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası CCASG | |
---|---|
مجلس التعاون لدول الخليج العربیة | |
Növü | Ticarət bloku |
Yaranma tarixi | 25 may 1981 |
Rəsmi dili | Ərəb dili |
Mərkəzi | Ər-Riyad |
Sədr | Əbdül Rəhman İbn Hamad Əl Attiyah |
Üzvləri | 40,338,196 nəfər |
gcc-sg.org/ar-sa/Pages/d… gcc-sg.org/en-us/Pages/d… gcc-sg.ae |
|
Vikianbarda əlaqəli mediafayllar |
25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir.
Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır.
Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Birliyin məqsəd
redaktəFars körfəzi ölkələrinin əməkdaşlıq şurasının üzvlərinin (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) məqsədi:
- İqtisadiyyat, maliyyə, ticarət, gömrük, turizm, qanun yaratma və rəhbərlik kimi sahələrdə bənzər tənzimləmələr qurmaq;
- Sənaye, mədənçilik, əkinçilik, su və heyvandarlıq sahələrində elmi və texniki irəliləmə;
- Elmi tədqiqat mərkəzləri qurmaq;
- Müştərək olaraq ticarət etmək;
- Xüsusi sektorla bərabərlik;
- İnsanlar arasında olan bərabərliyi qüvvətləndirmək;
- 2010-cu ilə qədər "Khaleeji" adi verilən ortaq pul vahidi yaratmaq.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Birliyin Rəsmi saytı Arxivləşdirilib 2005-12-22 at the Wayback Machine
- CHARTER Arxivləşdirilib 2005-12-15 at the Wayback Machine
- Birliyin bayrağı