Kubra Dadasova - Wikipedia
Kubra Dadasova - Wikipedia - Haqqında Məlumat
Dadaşova Kübra Məmmədağa qızı (31 avqust 1957 - 12 fevral 2017 ) — Azərbaycan aktrisası.
Kübra Dadaşova | |
---|---|
Kübra Məmmədağa qızı Dadaşova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəkər xəstəliyi |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Uşağı | Təhminə Məmmədova |
Atası | Məmmədağa Dadaşov |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1982-2017 |
Mükafatları |
Həyatı
redaktəKübra Dadaşova 31 avqust 1957-ci ildə doğulmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlamışdır. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Aktrisa Kübra Dadaşova 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib.[1][2]
Əsas rolları
redaktə- Cicixanım - ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev)
- Bibi - ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli)
- Mənzərə - ("Pul dəlisi", Əhməd Orucoğlu)
- Nazlı - ("O da mənəm, bu da", Dadaş Mehdi)
- Küpəgirən - ("Mağara", Aygün Həsənoğlu)
- Mürəbbiyə - ("Danışan gəlincik", Abdulla Şaiq)
- Xeyransa - ("Nəsrəddin", Yusif Əzimzadə)
- Göhər - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu)
- Qulməmməd - ("Cənnətin üç alması", Nicat Kazımov)
- Qəmərbanu - ("Mahmud və Məryəm", Elçin)
- Rəhilə – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev)
- Ziba xala – ("Ağ dəvə", Elçin)
- Ana – ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı)
- Ana – ("İncəbel qarı" R.Tohidoğlu)
- Ögey ana – ("Göyçək Fatma" Azərbaycan xalq nağılları)
- Zümrüd – ("Mən səni sevirəm" Ə.Əmirli)
- Zübeydə – ("Buzovna kəndinin əhvalatları", Elçin)
- Azərbaycanın əməkdar artisti Məmmədağa Dadaşovun qızıdır.
Filmoqrafiya
redaktə- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV)
- Bağdada putyovka var... (film, 2000)
- Belə də olur (film, 1988)
- Cavid ömrü (film, 2007)
- Gecə qatarında qətl (film, 1990)
- Qəzəlxan (film, 1991)
- Layiqli namizəd (film, 1984)
- Metranpaj
- Nə gözəldir bu dünya... (film, 1999)
- Olum, ya ölüm və ya hər şeyə baxmayaraq (film, 1994)
- Ölüm növbəsi (film, 2009)
- Ömürdən uzun gecə (film, 1996)
- Pirverdinin xoruzu (film, 1987)
- Söhbətül-əsmar (film, 1994)
- Vəssəlam-şüttəmam (film, 1990)
- Yalan (film, 2005)
- Yanmış körpülər (film, 2007)
- Yaramaz (film, 1988)
- Yaşa, qızıl balıq (film, 1988)
- Yumurta (film, 2003)
- Yuxu (film, 2001)
- Zirzəmi (film, 1990)
İstinadlar
redaktə- ↑ Əməkdar artist, aktrisa Kübra Dadaşova vəfat edib[ölü keçid]
- ↑ Lider TV. "Kübra Dadaşova ilə vida mərasimi keçirilib" (az.). Youtube.com. 13.02.2017. 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.