Kuku Yemek - Wikipedia
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü.
Yayılması
redaktəSəfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir.[1] Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir.[2] İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur.[2][3] İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər.[4]
Hazırlanması
redaktəTipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır.[5] Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir.[6]
Növləri
redaktəKükünün bir çox çeşidi hazırlanır. İranda ən populyar kükü çeşidi göyərtili küküdür. Göyərtili küküyə cəfəri və soğan olunur.[7] İranın şimalında sarımsaq əlavə etmək də geniş yayılmışdır. Bundan əlavə, İranda kartof küküsü[8] və badımcan küküsü[9] də hazırlanır. Gilanda kükünün kürülü çeşidi mövcuddur.[10]
Qozlu kükü Lənkəran mətbəxində geniş istifadə olunan kükü növüdür.[11]
İstinadlar
redaktə- ↑ Aʿlam, Hūšang. Coriander // Encyclopædia Iranica. VI. 31 October 2011. səh. 273. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2022.
- ↑ 1 2 Mahdavi, Shireen. Qajar dynasty xiv. Qajar Cuisine // Encyclopædia Iranica (online). 2015. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2015.
- ↑ Bazin, Marcel; Bromberger, Christian; Balland, Daniel; Bāzargān, Ṣoḡrā. Berenj "rice" // Encyclopædia Iranica. IV. 15 December 1989. 147–163. 4 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2022.
- ↑ Scattergood, Amy. "Say 'kuku' three times fast, then make the terrific Persian herb and egg dish for Easter brunch". Los Angeles Times. 13 April 2017. 27 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2022.
- ↑ Dupree, Nancy Hatch. Cooking // Encyclopædia Iranica. VI. 246–252. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2011.
- ↑ Bromberger, Christian. Gilān xxi. Cooking // Encyclopædia Iranica (online). 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2019.
- ↑ Elahi, Etrat. Garlic // Encyclopædia Iranica. X. 2 February 2012. səh. 315. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2022.
- ↑ Khan, Yasmin. The Saffron Tales: Recipes from the Persian Kitchen. Bloomsbury Publishing. 2016. 76. ISBN 1408868741.
- ↑ Ottolenghi, Yotam. "Yotam Ottolenghi's aubergine kuku recipe". The Guardian. 1 January 2010. 9 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2022.
- ↑ Aʿlam, Hūšang. Caviar // Encyclopædia Iranica. V. 15 December 1990. 99–101. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2022.
- ↑ Qozlu kükü haqqında Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine