Kul Tigin - Wikipedia
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs.[1]
Kül Tigin | |
---|---|
Qədim Türkcə: 𐰚𐰇𐰠𐱅𐰃𐰏𐰤 | |
İkinci Göytürk Xaqanlığının hərbi rəhbəri | |
717 – 27 fevral 731 | |
Bilgə xaqan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | İltəriş xaqan |
Anası | İlbilgə xatun |
Dini | Tenqriçilik |
Hərbi xidmət | |
Mənsubiyyəti | İkinci Göytürk xaqanlığı |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir.[2]
Etimologiyası
redaktəRütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir.[3]
Həyatı
redaktəAtası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.
İltəris xaqanın zamanında Bilgə və Kültigin baş vəzir Tonyukukun ən yaxın köməkçiləri idilər. Hətta onlar hakimiyyətə gəldikdə də Qapağan xaqanın dövründə nüfuzu düşmüş Tonyukuku yenidən baş vəzir etdilər. Və dövləti idarə etməyə yaxından kömək göstərirdi. Bilgə və Kültigin dövlətin ən ağır işlərini görmüş, Çin ordusunu məğlubiyyətə uğratmaqda böyük rol oynamışdılar.50 minlik Çin ordusunu məğlub etdikdən sonra Çin ordusunun generalı Onqu 16 yaşlı Kültigin əsir almışdı. Bu kimi uğurları və davranışları ilə xalq tərəfindən sevilmişdirlər.
Ölümü
redaktə731-ci ildə Kültigin Doğuz oğuzlarla döyüşdə həlak oldu. Bilgə xaqan onun şərəfinə böyük abidə ucaltdı. Buradakı yazıda deyilirdi:
Kiçik qardaşım Kültigin vəfat etdi. Yasa batdım. Görən gözüm görməz kimi, bilən ağlım bilməz kimi oldu. Qayğı və həyəcan içində qaldım. Zamanı Tanrı yaşar. İnsan oğlu daima ölmək üçün törəmiş...İki şadın və kiçik qardaşoğlumun, oğlumun, bəylərimin, millətimin halı fəna olacaq deyə düşüncəyə daldım... |
Bu abidə, Baykal gölünün cənubunda yerləşən Koşo Çaydam gölü yaxınlığındadır. Mərmər üstündə Göytürk yazısı ilə "Kültigin qoyun ilində 17-ci gündə uçdu" deyə yazılıb.
Qardaşı Bilgə xaqan türk xalqının düşmənləri tərəfindən 734-cü ildə zəhərlənərək öldürüldü. Bilgə xaqanın və Kültiginin etdikləri Orxon abidələrində yazılıb.
Kültigin Abidəsi
redaktəKültigin abidəsi, Kül Tigin'in böyük qardaşı və Göktürklerin xaqanı Bilgə Xağan tərəfindən, 732-ci ildə, qardaşı adına, qardaşının xidmətlərindən ötəri ona duyduğu minnəti göstərmək məqsədiylə, tikilmişdir. Bu kitabədə Bilgə xağan danışır.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Talât Tekin. Orhon Yazıtları. Ankara: , Türk Dil Kurumu Yayınları. 2006. səh. 30.
- ↑ Doğan Avcıoğlu. Türklerin Tarihi. 2. cilt. Tekin Yayınevi. 1997. səh. 345.
- ↑ Türk Dilinin Beş Min İli, səh.10, Səlahi Dikər
- ↑ Erdem, KONUR,"Orhun Yazıtlarında Sosyal ve Siyasi Mesajlar Arxivləşdirilib 2016-09-23 at the Wayback Machine", Edebiyat ve Sanat Akademisi