Kurdustan Demokrat Partiyasi - Wikipedia
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya.
Kürdüstan Demokrat Partiyası پارتی دیموکراتی کوردستان Partiya Demokrat a Kurdistanê | |
---|---|
Sədri | Məsud Barzani |
Qurucu | Mustafa Bərzani |
Lideri | Məsud Bərzani |
Quruluş tarixi | 16 avqust 1946 |
Baş qərargah | Ərbil, İraq Kürdüstanı |
İdeologiya |
Kürd milliyətçiliyi[1] Öz müqəddəratını təyin etmə[2][3] |
İdeoloji spektr | mərkəz sağ |
Aşağı palatada |
25 / 329 |
Yuxarı palatada |
45 / 111 [4] |
Saytı | www.kdp.info |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.[5]
KDP-də Bərzani tayfası üstünlük təşkil edir və kürd milliyətçisi böyük çadır partiyası kimi təsvir olunur.[6][7]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Entessar, N. Kurdish Politics in the Middle East. Lexington Books. 2010. səh. 24. ISBN 978-0-7391-4039-0. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2021.
- ↑ "Iraq: Kurds Renew Demands for Self-Determination | Middle East Policy Council". mepc.org. 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2021.
- ↑ http://www.unifr.ch/federalismnetwork/assets/files/Best[ölü keçid] Papers 2013/Vezbergaite Ieva_Lithuania.pdf
- ↑ "Election commission publishes official KRG election results". Rudaw. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2021.
- ↑ Күрдүстан Демократ Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 48.
- ↑ Gürbey, Gülistan; Hofmann, Sabine; Ibrahim Seyder, Ferhad. Between State and Non-State: Politics and Society in Kurdistan-Iraq and Palestine. Springer. 2017. 65. ISBN 9781137601810.
- ↑ "Two leading Iraqi Kurdish parties are taken off US terrorism list". Middle East Eye. 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2021.
Ədəbiyyat
redaktə- David McDowall. A modern history of the Kurds. London: I.B. Tauris, 2007. ISBN 9781850434160