Kurd Mahruzlu - Wikipedia
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Kürd Mahruzlu | |
---|---|
39°12′57″ şm. e. 46°44′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəKəndin adı mahrızlı tayfası ilə əlaqədardır.[2] Əsl adı "Kürd Mafruzlu" olmuşdur.[3]
Tarixi
redaktəYaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır.[3] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
Coğrafiyası və iqlimi
redaktəKürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.[3]
Əhalisi
redaktə14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı.[5]
Qalereya
redaktə
Mənbə
redaktə- Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 455.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк
- ↑ 1 2 3 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "Qubadlının bu kəndləri azad edildi". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |