Kurdler Agcabedi - Wikipedia
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd.[1]
Kürdlər | |
---|---|
39°59′23″ şm. e. 47°09′58″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Ağcabədi |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0419 |
Tarixi
redaktəKürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır[2].
Toponimikası
redaktəKürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar. Kürdlər buradan tədricən Türkiyənin şərq vilayətlərinə, Azərbaycana, Urmuya gölü hövzəsinə yayılmışlar. Hazırda kürdlər İran, İraq, Turkiyə və Suriyanın tərkibinə daxildirlər. Orta əsrlərdə kürdlər qismən Azərbaycana, Ərməniyyəyə, Xorasana və başqa yerlərə yayılmış və yaxud köçürülmüşlər. Onlar kütləvi halda İran, İraq, Turkiyə, keçmiş SSR və Suriya hüdudlarında məskunlaşmışdılar. Bu əraziləri şərti olaraq Kürdüstan adını almışdı. Bu Şərqi Anadolu yaylasına daxildir. Kürdlərin ərazisi Osmanlı imperiyasının tərkibinə daxil idi. 1918-ci ildə Osmanlı imperiyası dağıldıqdan sonra kürdlər yaşadığı ərazi İran, İraq, Türkiyyə, keçmiş SSRİ və Suriyaya keçidi. Kürdləri assimlyasiya etmək səyləri üsyanlarala nəticələndi. Müsəlman dininə mənsub olan kürdlərin hazırda sayları 10 milyondur. Yerli məlumata görə indiki Ağcabədi rayonunun Kürdlər kəndi ərazisində keçmişdə dağa -arana gedən kürdlər düşərgəsalmışlar. Qonşuluqda yaşayan kəndlərin adamları bu yerə "kürdlərin düşdüyü yer" deyərmişlər. Sonralar bu yerlərdə evlər tikilmiş, kənd salınmışdır. Əvvəllər yaşayış məntəqəsi Kürdlər düşən, sonralar isə Kürdlər adlanmışdır. Kənd Kürdlər adlansa da kürdlər yaşamır.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 424
- ↑ Nazim Tapdıqoğlu Ağcabədi Ensiklopediyası Bakı,2007
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |