Kelmeyi Sehadet - Wikipedia
Kelmeyi Sehadet - Wikipedia - Haqqında Məlumat
Kəlmeyi-şəhadət (ərəb. الشهادة — əş-şəhadə, tərc. "şahidlik ", ⓘ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur.
Kəlmeyi-şəhadətin mətni
redaktəƏrəbcə:
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ
Ərəbcə tələffüzü:
Əşhədü ən la ilahə illəllah,
Əşhədü ənnə Muhəmmədən rəsulullah.
Şiəlikdə aşağıdakı sözlər əlavə edilir:
Əşhədü ənnə əmirəl-mü'mininə Əliyyən vəliyyullah.
Azərbaycanca:
Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur,
Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir.
Şəhadət verirəm ki, möminlərin əmiri Əli Allahın dostudur (vəlisidir).
Mənbə
redaktə- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Həmçinin bax
redaktə İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |