Kenan - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kənan (finik. kĕnaʿan, ivr. כְּנַעַן , ərəb. کنعان) — Bərəkətli Hilalın qərb hissəsidir.
Tarixi
redaktəBu ad Finikiya sözündən və dilindən törəyib.
Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir.
Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir. Üç ilahi dinin övladları - İsmayılın övladları olan müsəlman ərəblər, Musanın övladları olan yəhudilər, İsanın övladları olan xristianlar Kənan diyarında istədikləri kimi yaşamalıdırlar. Yəhudilər də, xristianlar da, müsəlmanlar da bu torpaqlarda sərbəst şəkildə ibadətlərini yerinə yetirməli, heç bir qorxu və təhlükə olmadan dinclik və barış içində həyat yaşamalıdırlar. Bu, bütün inananların ortaq idealı olmalıdır.
Bu torpaqlar İbrahimin soyundan gələn isavilərin, yəhudilərin və müsəlmanların ulu babalarının torpaqlarıdır. Ulu babaları bu torpaqlarda yaşamış, bu torpaqlarda ölmüşdür. Onların da bu torpaqlarda, eynilə ulu babaları kimi istədikləri kimi ibadət etmək, yaşamaq, yerləşmək haqqı vardır. Bu torpaqlarda -dünyanın hər yerində olduğu kimi- heç kim heç kimə müdaxilə edə bilməz, ibadətlərinə qarışa bilməz, hərəkətlərini məhdudlaşdıra bilməz, sərhəd qoya bilməz. Bu, Allahın Quranda bütün iman sahiblərinə bildirdiyi bir əmridir.
Ədəbiyyat
redaktə- «Библейская энциклопедия» — ISBN 5-85524-022-3
- Анати Эммануэль. Палестина до древних евреев / Пер. А. Б. Давыдовой. — М.: Центрполиграф, 2008. — 416 с.: ил. — Серия «Загадки древних цивилизаций». — ISBN 978-5-9524-3209-3
- Грей Джон. Ханаанцы: На земле чудес ветхозаветных / Пер. с англ. С. Фёдорова. — М.: Центрполиграф, 2003. — 224, [32] с. — Серия «Загадки древних цивилизаций». — ISBN 5-9524-0639-4
- Крывелев И. А. Раскопки в библейских странах. — М.: Советская Россия, 1965. — 320 с.: ил.
- Циркин Ю. Б. От Ханаана до Карфагена. — М.: ООО «Издательство Астрель»; ООО «Издательство АСТ», 2001
- Циркин Ю. Б. История библейских стран. — 2003