Kenan Qutubzade - Wikipedia
Kənan Qutubzadə (rus. Кенан Абдуреимович Кутуб-заде; 13 avqust 1906, Konstantinopol – 22 fevral 1981, Rostov-na-Donu) — Krım tatarı olan kamera operatoru və müharibə müxbiri. İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmişdir. "Auşvitz həbs düşərgəsi" filminin əsas kamera operatoru olmuşdur. Bu film nasist qoşunlarının düşərgədə qovulmasından sonra düşərgəyə daxil olmuş ilk sovet fotojurnalistdir. Holokost dəhşətlərindən bəhs edən videosu Nürnberq məhkəmələrində göstərilmişdir.[1]
Kənan Qutubzadə | |
---|---|
rus. Кенан Абдуреимович Кутуб-заде | |
Doğum tarixi | 13 avqust 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 1981 (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kinooperator[d], kinematoqraf[d] |
Həyatı
redaktəİstanbulda anadan olmasından az sonra ailəsi ilə birlikdə Bağçasaraya köçmüşdür və burada böyümüşdür. 1920-ci ildə o, Bağçasaray İncəsənət və Sənaye Kollecinə daxil olmuşdur. 1925-ci ildə çap texnikaçısı kimi oranı bitirmişdir. Bundan sonra Yalta Ərazi Komsomol Komitəsində işləmiş və 1927-ci ildə kamera operatorunun köməkçisi olmuşdur. Onun bu zaman çalışdığı studia 1932-ci ildə Moskvaya köçürülmüşdür. 1938-ci ildə Moskva kinoxronika studiasının kamera operatoru olmuş və növbəti il Kommunist Partiyasına qəbul edilmişdir. Sovet İttifanın Almaniyanın hücumuna məruz qalmasından sonra 1942-ci ildə orduya çağırılmış və Birinci Ukrayna cəbhəsinin siyasi şöbəsinə göndərilmiş və Bukrinski, Kiyev, Jtomir-Berdiçev, Korsun-Şevçenkovski, Polşa və Berlin əməliyyatlarında iştirak etmişdir.[2][3] Karpatiyada döyüşən zaman çiynindən yaralanmış və sağaldıqdan sonra yenidən cəbhəyə geri dönmüşdür. 1945-ci ilin fevralında o və onun kolleqaları olan Aleksandr Vorontsob, Mixail Oşurkov və Nikolay Bikov Auşvitz düşrgəsinə daxil olmuş və onu filmə almışdırlar. Müharibədən sonra o, bütün ölkə boyunca çəkilişlərinə davam etmişdir. Bu zaman Krım tatarları deportasiya edilmişdi və onlara Krıma geri dönməyə icazə verilmirdi. "Xüsusi məskunlaşmaçı" kimi qeydiyyata alınmasına mane olan Kənan Qutubzadə beləcə, ölkə boyunca səyahət edə bilmişdir. O, əvvəl Riqada, daha sonra isə Mərkəzi Asiyada məskunlaşdı. Sonda isə Rostovda yaşamağa başladı və burada xeyli sayda insanı kamera operatoru kimi yetişməsində iştirak etdi. Onun ilk evliliyindən olan oğlu İsmət 1933-cü ildə anadan olmuş və atası kimi kamera operatoru kimi fəaliyyət göstərmişdir. İkinci oğlu olan Timur isə geoloq olmuşdur.[4][5][6][7]
Mükafatları
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Нюрнбергский процесс и современность (rus). Ин-т государства и права АН СССР. 1986. 65. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
- ↑ Alef (rus). 869-884. Chamah. 2000. 18. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
- ↑ Parsadanova, Valentina. Варшавское восстание 1944 г. Движение Сопротивления в Польше 1939-1945 гг. Направления. Программы. Практика. Результаты. Часть 1 (rus). Litres. 2018. ISBN 9785041105624. OCLC 1082270539. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
- ↑ Искусство кино (rus). Изд. Союза работников кинематографии СССР. 1985. 105. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
- ↑ Voenny, Ibraim. "Всемирно известный фильм "Лагерь смерти "Освенцим"" снимал крымский татарин". avdet.org (rus). 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- ↑ "Кутуб-заде Кенан Абдуреимович — Освободители Аушвица" (rus). 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- ↑ Zvezda Vostoka (rus). Obʺedinennoe izd-vo "Kzyl Uzbekistan", "Pravda Vostoka" i "Uzbekistoni surkh". 1984. 165. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.