Kenan Yusifzade - Wikipedia
Kənan Yusif-zadə (tam adı: Kənan Rafael oğlu Yusif-zadə; 28 iyun 1973, Qax) — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, istefada olan tibb xidməti polkovniki, əməkdar həkim, bir çox beynəlxalq tibbi qurumların üzvü.
Kənan Yusif-zadə | |
---|---|
Kənan Rafael oğlu Yusif-zadə | |
Doğum tarixi | |
Doğum yeri | Qax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb üzrə elmlər doktoru |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəKənan Rafael oğlu Yusif-zadə 1973-cü il 28 iyun tarixində Qax şəhərində anadan olub.
Təhsili
redaktəKənan Yusif-zadə Monqolustanın Xutul şəhərinin 15 saylı orta məktəbində təhsilinə başlamış (1980–1984), daha sonra Sumqayıt şəhərinin 13 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbində davam etdirmiş və oranı gümüş medalla bitirmişdir (1984–1990).
1990-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika II fakültəsinə daxil olmuş və 1996-cı ildə oradan qırmızı diplomla məzun olmuşdur.
1998–2004-cü illərdə Türkiyənin Ankara şəhərində Qazi Universitetinin Tibb fakültəsinin "Ümumi Cərrahiyyə" kafedrasında uzmanlıq (rezidentura) ixtisası üzrə təhsilini başa vurmuşdur.
2004-cü ildə "Mezenterik işemiya – reperfuziya zamanı Anandamidin təsirinin rolu" mövzusunda elmi dissertasiyanı müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır (Ankara, Türkiyə).
2004-cü ildə Türkiyənin Ankara şəhərində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası ("Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu", TÜBİTAK) tərəfindən dəstəklənən NATO-PC "B" təqaüd proqramı çərçivəsində elmi-tədqiqat işi aparmış və Qazi Universitetinin Tibb fakültəsinin "Qastroenterologiya" kafedrasında üst ixtisasını (Qastroenterologiya və İnvaziv Endoskopiya) başa vurmuşdur.
2008-ci ildə ABŞ-nin Klivlend Klinikasının Kolorektal Cərrahiyyə Departamentində doktorantura təhsili almış, həmin ilin dekabrında isə Meyo Klinikasında Ümumi Cərrahiyyə və Böyrək və Mədəaltı Vəzi Transplantasiyası Departamentində təcrübə keçmişdir.
2013–2015-ci illərdə Hollandiyanın Maastrixt İdarəetmə Məktəbində MBA, 2013–2016-cı illərdə ADA Universitetində "Executive MBA" proqramlarını bitirmişdir.
2016-cı ildə Azərbaycan Tibb Universitetində tibb üzrə elmlər doktoru dissertasiyasını "Миниинвазивные вмешательства при патологиях структур внепеченочной желчной системы" mövzusunda müdafiə etmişdir.
Ümumi Cərrahiyyə, Hərbi təbabət, Qastroenterologiya və Cərrahi Endoskopiya, Süd vəzi və Endokrin Cərrahiyyə, Hepatopancreatobiliar Cərrahiyyə, Kolorektal Cərrahiyyə, Böyrək Transplantasiyası, Hərbi Travma və "Biznes Menecmenti" kimi sahələrdə ixtisaslaşıb.
İngilis, rus və türk dilini bilir.
Fəaliyyəti
redaktəTibbi fəaliyyəti
redaktə1991–1996 illərdə ilk həkimlik təcrübəsini Azərbaycan Tibb Universitetinin "Operativ cərrahiyyə və topoqrafik anatomiya" kafedrasında preparator və baş preparator vəzifəsində qazanmışdır.
1996–1998-ci illərdə cərrahiyyə ixtisası üzrə Azərbaycan Tibb Universitetinin Klinik Ordinatura bölməsində təhsil almışdır.
2004-cü ildən Bakı şəhəri Mərkəzi Klinik Xəstəxananın Ümumi Cərrahiyyə şöbəsində həkim-cərrah, 2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah, 2006-cı ildən Mərkəzi Klinik Xəstəxana-da Endoskopik Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2010–2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın rəisi vəzifəsində çalışmışdır.
2016-cı ildən Bakı Ali Neft Məktəbində professor qismində "Mülki Müdafiənin və Tibbi Yardımın Əsasları" dərsini ingilis dilində tədris edir[1].
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli qərarı ilə AMEA-nın professoru seçilmişdir.
2020–2021-ci tarixlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Tibb İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2021-ci ilin noyabr ayından bu günə kimi Leyla Medical Center-də ümumi cərrah və qastroenteroloq kimi fəaliyyət göstərir.
2016-cı ildən etibarən Bakı Ali Neft Məktəbində professor qismində ingilis dilində V kurs tələbələrə "Mülki Müdafiənin və Tibbi Yardımın Əsasları" üzrə mühazirə oxumaqdadır.
10.2022-dən bu günə kimi – Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC MBA Biznes Məktəbinin müəllimi (Səhiyyənin İdarəedilməsi) (www.unec.edu.az)
İctimai fəaliyyəti
redaktə2004-cü ildən Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin (Endoskopik Laparoskopik Cerrahi Derneği) üzvü.
2006-cı ildən Rusiya Cərrah-Qastroenteroloqlar Cəmiyyətinin üzvü,
2007, Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının təsisçisi və 2018-ci ilə kimi sədri.[2]
2007-ci ildən Avropa Böyrək Assosiasiyasının (ERA-EDTA – "European Renal Association – European Dialysis and Transplant Association") üzvü.
2008-ci ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin (ISS – "International Society of Surgery") həqiqi üzvü.
2009-cu ildən Amerika Qastrointestinal və Endoskopik Cərrahlar Cəmiyyətinin (SAGES – "Society of American Gastrointestinal and Endoscopic Surgeons") üzvü.
2009-cu ildən Avropa Translüminal Cərrahiyyə Assosiasiyasının (ESTS – "European Society of Thoracic Surgeons") üzvü,
2011-ci ildən AmbroisePare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun (APIMSF – "The Ambroise Paré International Military Surgery Forum") üzvü.
2015-ci ildən Türk Döş Qəfəsi Cərrahiyyəsi Dərnəyinin həqiqi üzvü ("Türk Göğüs Cerrahisi Derneği").
2016-cı ildən Amerika Cərrahlar Kollegiyasının (FACS – Fellow of "The American College of Surgeons") üzvü.
2016-cı ildən Rusiya Cərrahlar Cəmiyyətinin üzvü.[3]
2017-ci ildən 2019-cu ilə kimi AmbroisePare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun (APIMSF — "The Ambroise Paré International Military Surgery Forum") prezidenti.[4]
2018-ci ilin noyabr ayından Azərbaycan Hərbi Cərrahlar İctimai Birliyinin Arxivləşdirilib 2020-11-17 at the Wayback Machine təsisçisi və sədri.
2018-ci ildən Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü
2019-cu ildən AMEA-nın professoru
2020-ci ildən Rusiya Mühəndislik Akademiyasının xarici üzvü
2022-ci ildən Travma üzrə Asiya Əməkdaşlıq Akademiyasının (ACT) üzvü.
2024-cü ildən İnternational Pilonidal Society-nin üzvü.
Elmi fəaliyyəti
redaktə1 ixtira, 1 faydalı model, 6 kitab və 100-dən çox elmi məqalə və tezisin müəllifidir.
"Clinical Case Report", "Frontiers" kimi nəşrlərdə rəyçi, "Новости Хирургии" (Belarus) jurnalının redaksiya heyətinin, "Fujita Medical Journal" (Toyoake, Yaponiya) jurnalının Beynəlxalq Məşvərət Şurasının üzvüdür.
Müəllifi olduğu kitablar:
2011: Qastrointestinal Endoskopiya, Bakı, İdeal Print.
2012: Cərrahi Endoskopiya, Bakı, "Polygraphic Production".
2016: "Semi-Public Hospital Management" (LAP LAMBERT Academic Publishing) (www.amazon.com).
2017: "Fundamentals of Civil Defense and Medical Aid", Bakı, SOCAR-ın Mərkəzləşdirilmiş Mətbəəsi.
2018: Hərbi-Tibbi Terminlərin İzahlı Lüğəti, Bakı, Apostrof-A.
2022: Tibbi Terminlərin İzahlı Lüğəti. Bakı, Apostrof-A.
Həm-müəllifi olduğu kitablar:
2002: "Genel Cerrahi", Ankara, "Feryal Matbaacılık San. Ve Tic. Ltd. Şti." (TUS imtahanlarına hazırlıq üçün kitab).
2005: "Gynaecologic and Obstetrical Surgery": 2 fəslin ("Ventral Abdominal Hernias" və "Malign and Benign diseases of breast") müəllifidir, Türkiyə.
Mükafatlar
redaktə2006: "Tərəqqi" medalı (Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə).
2007: Akademik Yusif Məmmədəliyev adına medal (Azərbaycan Respublikası "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi).
2011–2016: Dövlət Sərhəd Xidməti rəisi tərəfindən 5 medal.
2011: "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli" medal.
2013: "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illiyi" yubiley medalı.
2014: "Azərbaycan Sərhəd Mühafizəsinin 95-illiyi" yubiley medalı.
2015: "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal.
2016: "Hərbi xidmətlərə görə" medalı (Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə).
2017: Əməkdar həkim fəxri adı (Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə).
2018: Michael E. De Bakey adına Beynəlxalq Hərbi Cərrahlar Mükafatı.[5]
2019: "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100-illiyi (1919–2019)" yubiley medalı.
2020: 44-günlük Vətən Müharibəsində həkim-cərrah kimi fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə).
Patentlər
redaktə"Peritonitin müalicə üsulu", Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 18. aprel 1996 (P 980095).
Faydalı model "Laparoskopik trenajor", Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 5. noyabr 2014 (F20140011).
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
- ↑ "Arxivlənmiş surət". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
- ↑ "Arxivlənmiş surət". 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
- ↑ "Arxivlənmiş surət". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
- ↑ "Arxivlənmiş surət". 2019-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.