Kepez Dagi - Wikipedia
Kəpəz — Kiçik Qafqazda, Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacında yerləşən dağ.
Kəpəz | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Göydağ |
Mütləq hündürlüyü | 3066 m |
Yerləşməsi | |
40°21′06″ şm. e. 46°20′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət |
|
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyindədir. Hündürlüyü 3066 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Yuranın əhənkdaşılarından təşkil olunmuşdur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olmuşdur. Son uçqun 1139-cu ildə baş vermişdir. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl, Maralgölü əmələ gətirmişdir.
Tarixi
redaktəKəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və b. göllər əmələ gəlmişdir. Bəzi tədqiqatçılara görə, kəpəz sözü türk dillərində "qaya" və ya "su kənarında qaya" mənasındadır. Bir qrup tədqiqatçılar isə oronimin kəp (Azərbaycan dilinin bəzi dialektlərində "pillə", "pilləli qaya") və kəz/gəz (dağ başında batıq, çökək) komponentlərindən ibarət olub, "zirvəsi çökəkli, pilləli, qayalı dağ" mənasını bildirdiyini göstərirlər. Dağın bu adı alması, görünür, onun zəlzələdən sonra pilləli, qayalı şəklə düşməsi ilə əlaqədardır. XII-XIII əsr müəllifləri (N.Gəncəvi, Zəkəriyyə əl-Qəzvini və b.) dağın adını Hərək kimi qeydə almışlar[1]. Türkmənistan ərazisində də Hərəkdağ adlı dağ mövcuddur. Dağın zəlzələdən əvvəlki adı olan Hərək türk dillərində "ikihürgüclü dəvə" mənasında izah edilir. Belə güman edilir ki, zəlzələdən əvvəl bu dağın görünüşü ikihürgüclü dəvəyə bənzədiyinə görə belə adlandırılmışdır.
Xarici keçidlər
redaktə- Каково древнее название горы Кяпяз, которую армяне пытаются переименовать в Алхарак?
- Памятник природы "Гора Кяпаз"
- С. А. гызы Мамиева. Воздействие количественных показателей рельефа на особенности гемодинамической напряженности горных территорий Азербайджанской части Малого Кавказа (на примере Северо-восточного склона)//Естественные науки. Геология, № 2 (10), 2015, с. 120-135
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Гиясаддин Аскер оглы Гейбуллаев. Топонимия Азербайджана: историко-этнографическое исследование. Баку: Элм, 1986, с. 131-133