Kereyil Qalasi - Wikipedia
Kereyil Qalasi - Wikipedia - Haqqında Məlumat
Kəreyil qalası — Ordubad rayonunun Çənnəb kəndindən cənubda arxeoloji abidə.
Müdafiə divarlarının olduqca az bir qismi salamat qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində daşdan dördkünc formada inşa olunmuş binanın qalıqları vardır. Həmin binanın ön tərəfində təbii mağara var. Mağaranın tavanı hislənmişdir. Onun giriş hissəsindəki kiçik meydançada dən daşının parçaları, şirli və şirsiz keramika parçaları aşkar olunmuşdur. Arxeoloji materiallar bizim eranın I-II əsrlərində burada yaşayış olduğunu deməyə əsas verir. Araşdırma zamanı istehsal nümunələrinə rast gəlinsə də, qədim əmək alətləri aşkar olunmamışdır. Abidənin şərq tərəfində həmin dövrdə inşa olunan, lakin sonradan bərpa edilən su kanalı indi də fəaliyyət göstərməkdədir.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 218.