Kerim Vekilov - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kərim Lütfəli ağa oglu Vəkilov 1901-ci ildə anadan olub. Atası və anası vəfat etdikdən sonra baçısı ilə birlikdə əmiləri Yusif ağanın himayəsinə keçirlər. Yusif ağa müflis vəziyyətinə düşdükdən sonra məcbur olub yeniyetmə qardaşı oğlunu Qoridə Firidun bəyə qapı qulluqçusu verir (Kərim Vəkilov öz tərcumeyi-halında belə göstərir).
1918-ci ilə qədər Kərim Vəkilov Firidun bəyin evində yaşamışdır.
1918-ci ildə Qori Seminariyası Qazaxa köçürüldükdə Firidun bəy Kərimi məktəbə qəbul etdirir.
1919-1920-ci illərdə Milli Orduda xidmət edən Kərim Vəkilov AXC süqutundan sonra yenidən seminariyaya qayıdıb təhsilini davam edir.
1921-ci ilədək Kərim Vəkilov Qazax Seminariyasında oxuyur. Həmin il Hərbiyyə və Bəhriyyə komissarı Əliheydər Qarayev Qazax Seminariyasından bir qrup yoxsul gənçi Bakiya hərbi məktəbə gətirəndə Kərim Vəkilov da onların arasında idi.
1923-cü ildə Kərim Vəkilov Bakida Hərbi-Texniki Məktəbi bitirir.
1923-1925-ci illərdə Azdiviziyanın 2-ci istehkamçılar polkunda xidmət edir;
1925-1927-ci illərdə 3-cü istehkamçılar polkunda xidmət edir;
1927-1929-cu illərdə isə Azdiviziyanın 2-ci ərazi polkunda xidmət edir.
1931-1933-cu illərdə düşərgə hazırlığı keçmiş və takmilləşdirmə kursunda oxumuşdur. Müharibədən əvvəlki illərdə müxtəlif idarələrdə, о cümlədən orta məktəblərdə hərbi rəhbər olmuşdur.
Müharibə başlananda səfərbərliyə alınan Kərim Vəkilov 1942-ci ilin fevralında Azərbaycan Hərbi Komissarligının sərəncamı ilə 2500 nəfərlik əskəri qüvvəni 1012 saylı eşelonla Şimali Qafqazda ön cəbhəyə təhvil verməyə aparanda guclu şaxtaya düşmüş və ayagının birini don vurmuşdur.
Tapşırığı yerinə yetirib Bakiya qayıdanda hərbi-tibbi komissiyadan keçir və arxa cəbhədə xidmətini davam etdirir.
Baş leytenant Kərim Vəkilov 1944-cu ilədək Azərbaycan SSR rayonlarında banditizm və diversantlarla mübarizü üzrə qırıcı batalyonun əvvəlcə qərargah rəisi, sonra isə komandiri olur. Daim səfərlərdə oldugundan müalicə rejimi pozulur va don vurmuş ayagı qanqrena olur.
1944-cu ildə həkimlər onun qanqrena olmuş ayagını kəsməli olurlar.
1947-ci ildə texnikumdan işdən çıxıb evə qayıdanda tramvay qəzasına düşür və həkimlər bu dəfə onun о biri ayagını da kəsməli olurlar.
Taleyin onunla bu qədər sərt davranmasına baxmayaraq, Kərim Vəkilov ruhdan duşməmiş, ömrünün son günlərinədək hayatsevərliyini qoruyub saxlamış, üzündən nurlu təbəssüm əskik olmamışdır.
Səməd Vurgun bu dogma əmisi oğlunu qohumları arasında daha çox sevər, imkan tapan kimi onu yoluxmaga gedərmiş.
Aybəniz xanımın söhbətlarindən:
- Tez-tez Kərim əmimgilə gedərdik. Atam onun əlil arabasına əyləşər, enli şüşəbənddə о baş, bu başa sürər, evdəki balacaları güldürərdi.
Kərim əmim baxıb başını bulayar: “Gör bir, gör bir nədən xoşu gəlir ? Allahı sevərsən, düş...”.
Kərim Vəkilov 1928-ci il noyabrın 18-də Gəncədə Klavdiya Senyakova ilə evlənmişdir. Tofiq va Gəray adlı oğlu, Leyla adlı dünyaya gəlir. Kərim Vəkilov Bakıda köhnə “inturist”lə yanaşı həyətdə yaşayırdı.
1961-ci ildə Kərim Lütfəli ağa oglu Vəkilov Bakıda vafat edir.
Mənbə
redaktə- İsmayıl Umudlu. VƏKİLOĞULLARI (Tarixi-bioqrafik araşdırma). Bakı: "QAPP-Poliqraf" nəşriyyatı, 2003.