Kerimli Oguz - Wikipedia
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır.[2]
Kərimli | |
---|---|
40°58′31″ şm. e. 47°28′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4819[1] |
Toponimikası
redaktəKəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəKəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır.
Coğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km. aralı, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Əhalisi
redaktəKərimli kəndinin əhalisi 3473 nəfərdir (1 yanvar 2017-ci il).
Tanınmış şəxsləri
redaktəİqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə sənətkarlıq da (dəmirçilik, bənnalıq, dülgərlik, xarratlıq, dərzilik və s.) inkişaf etmişdir. Burada ticarət, iaşə, məişət xidməti obyektləri, elektrik dəyirmanı fəaliyyət göstərir. Əhali təbii qazdan istifadə edir.
Mədəniyyəti
redaktəKənddə klub, kitabxana, poçt və 512 nömrəlik elektron ATS var.
Təhsil
redaktəKənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.
Din
redaktəKənddə Kərimli kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Səhiyyə
redaktəKənddə həkim ambulatoriyası və aptek var.
İstinadlar
redaktə- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-07.
- ↑ Kərimli (Oğuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Mənbə
redaktə- Naməlum dövlətə aid arxeoloji materiallar aşkarlandı: Oğuz rayonunun Kərimli kəndində arxeoloji tədqiqatlar davam edir //Mərkəz.- 2011.- 8 yanvar.- S. 10.
- Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar aşkarlanıb //Yeni Azərbaycan.- 2011.- 8 yanvar.- S. 11; Mədəniyyət.- 2011.- 12 yanvar.- S. 4.
Həmçinin bax
redaktə Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |