Keskin Qarin - Wikipedia
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur [1][2][3].
Kəskin qarın | |
---|---|
XBT-10 | R10.0 |
XBT-9 | 789.0 |
MeSH | D000006 |
Vikianbarda əlaqəli mediafayllar |
Səbəblər
redaktəKəskin qarına aşağıdakılar səbəb ola bilər:
- Kəskin xolesistit
- Kəskin pankreatit
- Kəskin appendisit
- Bağırsaq keçməməzliyi - (lat. ileus)
- Kəskin peritonit
- Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi)
- Bağırsaq divertikulitlərinin perforasiyaları
- Öd kisəsi divarının perforasiyası
- Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu).
- Böyrək sancıları
- Qarın aortası anevrizması
- Partlamış ektopik hamiləlik
- metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz)
Simptomlar
redaktəKəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır:
- şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları
- peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu)
- bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma)
- qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi)
- defekasiya(nəcisin ifrazı) aktının olmaması
- ümumi vəziyyətin pozulması.
Ağrılar və anatomik bağlılığı
redaktəAğrıların yeri | Anatomik bağlılıq |
---|---|
Yuxarı orta qarın nahiyəsi | Mədə, köndələn çənbər bağırsaq |
Sağ yuxarı qarın kvadrantı | Qaraciyər, öd kisəsi, mədə çıxacağı, onikibarmaq bağırsaq |
Böyür | Böyrək, mədəaltı vəzi |
Göbək ətrafı | Bağırsaq, göbək yırtığı, bağırsaq yapışmaları |
Sol aşağı qarın | Divertikulit, qasıq yırtığı |
Sağ aşağı qarın | Appendisit, qasıq yırtığı |
Büzdüm | düz bağırsaq, uşaqlıq |
Ağrılar xasiyyətcə 3 cür olur:
- Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.
- qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.
- Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.
Əzələ defansı (taxta qarın)
redaktəƏzələ defansı (əzələ müdafiəsi) yerli başlayıb bütün qarına yayıla (taxta qarın, peritonizm) bilər. Əgər peritonizm qızdırma və iltihab göstəricilərinin (C-reaktiv zülal, leykositoz) qalxmasıyla müşahidə olunursa, bu, artıq kəskin qarının peritonitlə müşayiət olunması haqqda xəbər verir.
Diaqnostika
redaktəKəskin qarınlı xəstədə xəstəxananın qəbul şöbəsində anamnezi toplanmalı, fizikal (bədən) , ultrasəs, qarın rentgeni müayinələrindən və gərəkirsə hətta qarın kompüter tomoqrafiyasından keçməlidir.
Anamnez (xəstəlik hekayəsi)
redaktəSorqulama zamanı aşağıdakı sualların cavabını bilmək məqsədəuyğundur:
- Ağrılar nə zaman başladı? - Böyrək sancıları olan xəstə suala dəqiq cavab verir (məs. qəflətən qapını açarkən). Appendisiti olan xəstə isə çox vaxt dəqiq cavab verə bilmir (örnəyin, "günorta yeməyindən sonra).
- Şikayətlərdən öncə nə baş verib? Şikayətlərdən öncə baş verən üst qarın travması qaraciyər, dalaq və ya bağırsaq yırtılmasından xəbər verə bilər.
- Ağrıların xarakteri. Tutmaşəkilli ağrılar böyrək və ya öd kisəsi daşları yaxud mexaniki bağırsaq keçməməzliyi zamanı ola bilər. Doğmuş qadınlar belə ağrıları doğum sancılarına bənzədir. Davamlı və artan ağrılan iltihabi prosesdən xəbər verir (appendisit, xolesistit, pankreatit). Əgər başlanğıcda güclü ağrılar səngiyib yenidən başlayırsa bu həm də boşluqlu orqanın (mədə xorası, öd kisəsi) dəlinməsi ya da damar tıxanmasının (mezenterial infarkt) əlaməti ola bilər.
Bədən müayinəsi
redaktəAuskultasiya (qulaq asma) mütləq perkussiya (tıqqıldatma) və palpasiyadan (əlləmə) öncə aparılmalıdır, çünki sonuncular nəticəsində bağırsaq peristaltikası qıcıqlana və subileusun (yarım-ileus) bəlirtilərini pərdələyə bilər.
- Normal bağırsaq səsləri - normal peristaltika
- Güclənmiş bağırsaq səsləri - enterokolit? mexaniki və ya yapışıq bağırsaq keçməməzliyi?
- Zəifləmiş ya da yox olmuş bağırsaq səsləri - paralitik bağırsaq keçməməzliyi? ishemiya? peritonit? Reflektor olaraq sidik axarlarının sancılarında, pankreatitdə, maddələr mübadiləsinin pozulmasında müşahidə oluna bilər.
Palpasiya (əlləmə) zamanı əzələ defansının (yerli, diffuz) və yırtıqların tipik nahiyələrdə olub-olmadığını yoxlamaq olar.
- Əgər xəstə nöqtəvari ağrısı olduğunu deyirsə və ağrıyan nahiyəyə göstərirsə, o zaman ağrıların haradan qaynaqlandığını aşkarlamaq üçün Karnett-testi keçirilməlidir: həmin yerdə dərin palpasiya aparılır. Ağrılar dəyişməz olaraq qalırsa və ya güclənirsə (test müsbətdir), ağrılar qarın divarından qaynaqlanır (sinir, əzələ, sümük). Əgər ağrılar azalır və ya yox olursa (test mənfidir), onda ağrılar qarın boşluğundan gəlir.
Alqoritm
redaktəLaborator diaqnostika
redaktəMinimal diaqnostika proqramına aşağıdakılar daxildir:
- C-reaktiv zülal
- hemoqram (hemoqlobin, hematokrit, leykositlər)
- qaraciyər göstəriciləri: bilirubin, GOT, GPT, GGT, alkal fosfataza
- Lipaza, Amilaza
- Elektrolitlər (Na+, K+, Ca+)
- Kreatin kinaza
- Kreatinin
- Qanda şəkər
- Laktat
- Sidik analizi.
İlk tibbi yardım
redaktəTəcili cərrahi klinikaya xərəkdə aparılmalıdır. Heç bir narkotik analgetik istifadə etmək olmaz, çünki xəstəliyin klinik şəkli dəyişib, daha da ağırlaşa bilər. İşlədicilər və antibiotikiklərdən istifadə qəti qadağandır.
Ayrıca bax
redaktəİstinadlar
redaktə- ↑ Walter Siegenthaler. Differential diagnosis in internal medicine: from symptom to diagnosis Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine
- ↑ "UpToDateAz - Qarın boşluğunun bəzi kəskin və təxirəsalınmaz müdaxilə tələb edən patologiyaları". 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-20.
- ↑ Lankisch P. G., Mahlke R., Lübbers H. Das akute Abdomen aus internistischem Sicht Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine. Deutsches Ärzteblatt, Jg. 103, Heft 33, 18. August 2006.
- ↑ Trentzsch H., Werner J., Jauch K.-W. Der akute Abdominalschmerz in der Notfallambulanz – ein klinischer Algorithmus für den erwachsenen Patienten.[ölü keçid]
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |