Kesme Ile Emal - Wikipedia
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur.
Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir. Möhkəm materialların emalında isə xüsusi alət poladları, bərk xəlitələr, sinter materialları, kəsici kermaika və ya almaz tətbiq edilir. Alətin tili müəyyən olunmuş həndəsi formaya (məsələn, yiv kəskisi, burğu) və ya da qeyri müəyyən həndəsəyə (məsələn, pardaq dairələri, honalar) malik olurlar.
Kəsmə ilə emalım aşağıdkı əməliyyat növləri vardır:
Bu əməliyyatlarda tətbiq edilən alətlər də onların adı ilə adlanırlar.