K 19 - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
K-19 — keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Hərbi dəniz sualtı gəmisi olub,nüvə silahı ilə silahlanmışdır. 1958 də xizəyə qoyulub, 1959 da dənizə endirilmiş, 12 iyul 1960-cı ildə ilk dəfə donanma bayrağı çəkilmiş və bütün təslim edilmə testləri 12 noyabr 1960-cı il tarixində tamamlanmışdır. İnşaat və xidmət ömürü boyunca keçirdiyi çox saydakı qəzalar səbəbiylə, dənizçilər və zabitlər arasında rəsmi olmayan "Xirosima" ləqəbin ilə tanınmışdır.
K-19 | |
---|---|
| |
Ölkə | SSRİ |
Təşkilat | Sovet Dəniz Qüvvələri |
Əvvəlki adı | K-19,KS-19,BS-19 |
Yeni adı | Xirosima |
Tarixi | 1960-1990 |
Salınma tarixi | 1958 də xizəyə qoyulub,1959 da dənizə endirilib |
Layihəçi | Kovalev, Sergey Nikitiç |
İstehsalçı | Rubin (istehsalat bürosu) |
Sinifi | Hotel sinifi dənizaltı gəmi |
Təyinatı | hərbi sualtı gəmi |
Heyət | 126 |
Sürəti | 15 kn (28 km/s) su səthi, 26 kn (48 km/s) sualtı |
Uzunluğu | 114 m |
Eni | 9.2 m |
Kütləsi | 4.095 ton |
Su sıxışdırması | 7.1 m |
Vikianbarda əlaqəli mediafayllar |
Xarakteristikası
redaktəSinif və tipi: Hotel sinfi dənizaltı gəmi Kənar sahə: 4,095 ton Uzunluq: 114 m Şüa: 9.2 m Su çəkilişi: 7.1 m İtələmə gücü: 2 × 70 MW nüvə reaktor,2 xarici turbin, 2 şaxt, 39.200 shp (29 MW) Sürət: 15 kn (28 km/s) su səthi, 26 kn (48 km/s) sualtı Mənzil: 57,500 (26 kn (48 km/s)) Dayanıqlılıq: 60 gün(qida və fiziki sağlamlıq ilə məhdud) Test dərinliyi: 250 m (test) 300 m (hazırlanan) Adam tutumu: 125 zabit və dənizçi
Qəza
redaktə4 iyul 1961 tarixində birinci kapitan Nikolay Vladimiroviç Zateyev (1957–1961)əmrindəki K-19, Cənubi Gronland yaxınlarında təlimlər edərkən reaktor soyutma sistemindəki əhəmiyyətli bir sızıntıdan ötəri, arxa tərəfdə olan reaktorda su təzyiqi sıfıra düşdü və soyutma nasosla vurarının iflasına səbəb oldu. Başqa bir qəzadan ötəri uzun mənzilli telsiz sistemi onsuz da dövrə xarici olduğundan Moskva ilə əlaqə qurulamadı. Reaktor istiliyi idarəsiz bir şəkildə 800 °C'yə (təxminən olaraq yanacaq çubuqlarının ərimə nöqtəsi) çatdı və zəncirləmə reaksiyalar SCRAM (təcili reaktor bağlama) mexanizmi üzərindən ilişən idarə çubuqlarına baxmayaraq davam etdi. Bağlama mexanizmi, soyutma sisteminə ehtiyac duyduğundan reaktor istiləşməyə davam etdi. Zateyev və başqa vəzifəlilərin daha əvvəlki tələblərinə baxmayaraq, hər hansı bir ehtiyat soyutma sistemi qoyulmamışdı. Bu qəza sonrası gəminin bir çox heyəti zərər görmüş bəziləri isə həyatın itirmişlər.
Kapitan
redaktə- Nikolay Zateyev (1957–1961)
- V. A. Vaganov (1961–1965 sentyabr)
- E. Kovalev (sentyabr 1965–1967)
- Y. F. Beketov (1967–1969)
- V. M. Tyapkin (1969–1970)
- Y. S. Pivnev (26 oktyabr 1970 — sentyabr 1973)
- G. Nikitin (sentyabr 1973–1974)
- V. F. Musatov (3 iyun 1974–1977)
- N. Eliseev (1977 28 May — 1978 4 noyabr)
- V. A. Dmitrov (30 oktyabr 1978–1987)
- O. E. Adams (15 avqust, 1987–22 sentyabr 1997-ci il)
- A. A. Gorunov (24 fevral 1998–2001), ekipaj komandiri
- J. S. Panasiuc (2001–2003) ekipaj komandiri.
İstinad
redaktə- K-19 rəsmi sayt Arxivləşdirilib 2018-03-26 at the Wayback Machine
- "K-19:The Widowmaker"
Xarici keçidlər
redaktə- K-19 həsr olunmuş film Arxivləşdirilib 2013-06-24 at the Wayback Machine
- K-19 National Geograpich