Kadirovtsi - Wikipedia
Rusiya Federasiyasının Qəhrəmanı Axmat-Xaji Kadırov adına 141-ci Əlahiddə Motoatıcı Alay (rus. 141-й специальный моторизованный полк имени Героя Российской Федерации Ахмата-Хаджи Кадырова) kimi daha yaxşı tanınır Kadırovtsı[1] (rus. Кадыровцы) və ya Kadırovçular[2][3] — Rusiyanın tərkibindəki Çeçenistanda hərbiləşdirilmiş təşkilat. Çeçenistan Respublikası Dövlət başçısının müdafiə xidməti kimi fəaliyyət göstərir. "Kadırovtsı" ifadəsi Çeçenistanda respublikanın başçısı Ramzan Kadırovun nəzarəti altında olan hər hansı silahlı çeçenə aid edilir.
Rusiya Federasiyasının Qəhrəmanı Axmat-Xaji Kadırov adına 141-ci Əlahiddə Motoatıcı Alay | |
---|---|
rus. 141-й специальный моторизованный полк имени Героя Российской Федерации Ахмата-Хаджи Кадырова | |
Növü | Jandarmeriya |
Yaranma tarixi | 1994 – h.h. |
Ölkə | Rusiya |
Tabedir | Çeçenistan Prezidenti |
Daxildir | Daxili İşlər Nazirliyi |
Qərargah | Rusiya, Qroznı |
Ləqəbi |
Kadırovtsı Kadırovçular rus. Кадыровцы |
Şüarı |
Əhməd gücdür! rus. Ахмат — сила! |
Döyüşlər |
Birinci Çeçenistan müharibəsi İkinci Çeçenistan müharibəsi Rusiya–Ukrayna müharibəsi (2022) |
Komandanlıq | |
Komandir | Maqomed Tuşayev |
Məşhur komandirləri |
Ramzan Kadırov Əhməd Kadırov |
Vikianbarda əlaqəli mediafayllar |
Kadırovtsı 1994-cü ildə Əhməd Kadırovun rəhbərliyi altında Çeçenistanın separatçı milis qüvvələri kimi yaradılmışdır. Onlar Birinci Çeçenistan müharibəsində Çeçen İçkeriya Respublikası uğrunda Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşmuşdular. Kadırov İkinci Çeçenistan müharibəsi zamanı, 1999-cu ildə Rusiya tərəfinə keçmişdir. Bundan sonra Kadırovtsı münaqişənin "gerilla mərhələsində" separatçılarla və cihadçılarla mübarizəyə başlamışdır. 2000-ci ilin iyulunda Kadırov Çeçenistan Prezidenti təyin edildikdən sonra onlar dövlət polisinin de-fakto dəstəsi olaraq fəaliyyət göstərməyə başladılar. Kadırov 2004-cü ildə öldürülmüşdür və milisin idarəçiliyinə oğlu Ramzan Kadırov keçmişdir. Kadırovtsı 2006-cı ildə Daxili İşlər Nazirliyinin motorlaşdırılmış alayı olaraq qanuni bir qüvvə kim qəbul edilmişdir. Ramzan Kadırov 2007-ci ildə Çeçenistan Prezidenti seçildikdən sonra Kadırovtsı dövlət başçısının şəxsi qoruyucu xidməti rolunu daşımağa başlamışdır.
Kadırovtsı Ramzan Kadırovun şəxsi ordusu adlandırılmış, sərt tənqidlərə məruz qalmışdır. Milis qüvvələri adam oğurluğu, işgəncə və qətl kimi kütləvi insan haqları pozuntularında günahlandırılır. Tənqidçilər deyirlər ki, Kadırovtsı Kadırovun avtokratik hakimiyyətini gücləndirmək üçün məhkəmədənkənar cəzalardan istifadə edirlər. Onların fikrincə, Kadırovtsı indi Çeçenistanın mülki əhalisi arasında ən qorxulan təşkilat olaraq cihadçıları üstələyir.[4]
Tarixi
redaktəCövhər Dudayevin tərəfdarı olan Əhməd Kadırov Çeçen İçkeriya Respublikasının Rusiya Federasiyasından müstəqilliyini rəsmi olaraq elan etməsindən qısa müddət sonra şəxsi milis yaratmağa başlamışdır. Bu bəyannamədən çox keçməmiş, 1994-cü ilin payızında Birinci Çeçenistan müharibəsi başlamışdır. Milis çeçen separatçı məqsədlərinə sadiq olan minlərlə silahlı etnik çeçen döyüşçüsündən ibarət idi. Onlar Çeçenistan üzərində suverenliyi bərpa etmək üçün göndərilən Rusiya Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Kadırov özünü milis rəhbəri olaraq göstərmiş, Dudayev dövründə müstəqil Çeçenistan hökumətində nüfuz qazanmışdır. O, 1995-ci ildə baş müfti təyin edilmişdir. Dudayev 1996-cı ilin aprelində, Çeçenistandakı separatçıların qələbəsindən bir qədər əvvəl öldürülmüşdür. Çeçenistan iqtisadiyyatı və idarəçiliyi əsasən Dudayevin erkən uğursuzluqları səbəbindən tənəzzülə uğramış və dağıdıcı müharibə səbəbiylə sürətlə bərbadlaşmışdır. Milliyyətçi və dünyəvi hökumət demək olar ki, dərhal islamçıların artan nəzarətinə keçmişdir. 1997-ci ildən etibarən Prezident Aslan Masxadov Çeçenistanın dünyəvi hökumətini şəriət qanunlarına əsaslanan İslam hökuməti ilə əvəz etmiş və Çeçenistanı İslam respublikası elan etmişdir.[5]
Kadırov müstəqil Çeçenistanda nüfuzlu bir məmur idi və Kadırovtsı onun şəxsi mənafelərinə xidmət edirdi. Bununla belə, Kadırov Çeçenistanda getdikcə nüfuz qazanan əcnəbi mücahid cihadçı döyüşçüləri tərəfindən qəbul edilən vəhhabizmə qarşı idi. Kadırov 1999-cu ilin avqustunda İkinci Çeçenistan müharibəsinin başlamasından qısa bir müddət sonra Çeçen İçkeriya Respublikasını tərk etmiş. Ölkə Dağıstan müharibəsinə cavab olaraq Rusiya federal qoşunları tərəfindən hücuma məruz qalmışdır və Kadırovun tərəf dəyişdirmək təklifi Rusiya hökuməti tərəfindən qəbul edilmişdir. Əsasən birinci müharibənin veteran separatçılarından ibarət olan Kadırovtsı indi Rusiya üçün Çeçenistan hökumətinin qoşunlarına və islamçı döyüşçülərə qarşı vuruşurdular. 2000-ci ilin iyulunda Rusiya hakimiyyətinin Çeçenistana geri qaytarılması elan edilmişdir. Bu, münaqişənin "gerilla mərhələsi"nin başlanğıcını qoymuşdur və Rusiya Prezidenti Vladimir Putin Kadırovu Çeçenistan Respublikasının Prezidenti vəzifəsinə təyin etmişdir. Kadırov 5 oktyabr 2003-cü ildə Çeçenistan Respublikasının Prezidenti seçilmişdir. Texniki cəhətdən hələ də şəxsi milis qüvvələri olan Kadırovtsı, nə respublika, nə də federal hökumətdə heç bir hüquqi statusu deyildi, amma Çeçenistan dövlət polisinin qeyri-rəsmi hissəsi olaraq fəaliyyət göstərirdi.[5]
İstinadlar
redaktə- ↑ "Çeçenlər Kadırovun əlbayaxa döyüşən oğullarını alqışlayır". BBC Azərbaycanca (az.). 6 oktyabr 2016. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2021.
- ↑ "Kadırovçular geri dönür: Qafqaz qaynayır". Axar.az (az.). 10 fevral 2015. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2021.
- ↑ "Ukraynada döyüşən "kadırovçular"la rus yaraqlıları pul davası edirlər". Modern.az (az.). 17 dekabr 2014. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2021.
- ↑ Unofficial Places of Detention in the Chechen Republic
- ↑ 1 2 KADYROV TAKES OVER SPECIAL-POLICE UNIT Arxivləşdirilib may 6, 2008, at the Wayback Machine
Xarici keçidlər
redaktə- A headless monster, The Guardian, may 21, 2004
- Ana Politkovskaya's last article: Punitive agreement by Anna Politkovskaya, Novaya qazeta, September 28, 2006
- The Kadyrovtsy: Moscow's New Pawns in the South Caucasus?, The Jamestown Foundation, June 15, 2006
- New Chechen Army Threatens Moscow, AIA, 12.07.2006
- Ramzan's World, Newsweek, October 15, 2007
- Russia rearms former rebels to patrol Chechnya, Reuters/ReliefWeb, 19 March 2008
- Behind the scenes at the death squads of Chechnya, OpenDemocracy, 8 September 2011
- Russian TV on the Chechen MVD forces
- Revival of Brutality in Chechnya (The New York Times investigation)