Kahuzi Byeqa Milli Parki - Wikipedia
Kahuzi-Bieqa Milli Parkı — Afrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Kahuzi-Bieqa Milli Parkı | |
---|---|
Parc national de Kahuzi-Biega | |
Sahəsi |
|
Yaradılma tarixi | 1970 |
Yerləşməsi | |
2°18′53″ c. e. 28°45′31″ ş. u.HGYO | |
Ölkə | |
kahuzi-biega.com | |
|
|
Rəsmi adı | Parc National du Kahuzi-Biéga |
Tipi | Təbii |
Kriteriya | (x) |
Tarixi | 1980 (4-cü sessiya) |
İstinad nöm. | 137 |
Ölkə | KDR |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəKahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar.
2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar.
1990-cı ildəki Konqo və Ruanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi. Konqoda davam edən qarşıdurmalar milli parka pis təsir göstərmişdir. Nəticədə park 1997-ci ildə Təhlükə altındakı Dünya irsi siyahısına əlavə edilmişdir.
Park Demokratik Konqo Respublikasının şərqində, Kivu gölünün qərb yaxasına yaxın və Ruanda sərhədindədir. Adını İki sönmüş vulkandan almışdır: Kahuzi və Bieqa Dağları. Parkdakı digər primitiv arasında qərb şimpanzelərini, filləri, meşə donuzlarını, antilopları, gennetleri (pişik növü məməlilər), su kivetlərini (tropik bölgələrdə yaşayan pişik növləri), Maklaud yarasalarını, Ruenzori su köstəbəklərini, bayquş sifətli meymunları, iynə caynaqlı galagoları (itə bənzər), Tomas ağac sincablarını və Aleksandr kol sincablarını saya bilərik.[1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.