Kalidon Ovu - Wikipedia
Kalidon Ovu - Wikipedia - Haqqında Məlumat
Kalidon ovu — qədim yunan mifologiyasında Kalidon qabanının ovlanması tədbiri. Burada Yunanıstanın ən cəsur döyüşçüləri iştirak edirdi.[1] Onların arasında Spartadan Kastor və Polidevk, Afinadan Tesey, Pilosdan Nestor, İolkdan Yason, Fivdən Admet və başqaları var idi.
Qaban Krommion donuzundan yaranmışdır. Kalidon tarlalarına Artemida tərəfindən göndərilmişdir.[2]
Donuz dişləri Tegeyadakı Afina Aley məbədində yerləşdirilmişdi və onları İmperator Avqust götürürdü. Pavsaninin dövründə onlardan biri dağılmışdı, digəri isə Romanın imperator bağlarındakı Dionis məbədində idi.[3] Qaban dərisi Afina Aley məbədində qalmışdır.[4]