Kamalulmulk - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Mirzə Məhəmməd Mirzə Bözörg oğlu Kamalülmülk Qaffari (1847–1940) — İran rəssamı.
Kamalülmülk | |
---|---|
Doğum tarixi | 29 sentyabr 1848[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1940 (91 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə Bözörg oğlu Məhəmməd Qaffari 1847-ci ildə , Kaşan şəhərinə bağlı bir kənddə doğuldu. Dönəmin ünlü rəssamlarından olan əmisi Samiulmulk ilə birlikdə Tehrana gələrək, Darulfünun mədrəsəsində, oxumağa başladı. Oxuduğu illərdə, rəssamlığı da öyrənməyə başladı. Qısa müddət sonra, İran şahı Nasırəddin şah Qacarın diqqətini çəkdi və beləcə saraydan, Kamalülmülk ləqəbini aldı.
Bu ləqəbi aldıqdan sonra yaratdığı ilk əsəri "Ayna salonu" adlı şah əsərdir. Kamalülmülk Qacar şahı Nasırəddin şahın çox sevdiyi bir şəxs oldu. Elə ki, hər çizdiyi bir rəsm için şah tərəfindən ona, yüklü mikdarlarda pul-para, qızıl və hədiyə verilirdi. Bir müddət sarayda rəsm müəllimi olduğu üçün "Nəqqaşbaşı" ləqəbinə da layiq görülən Kamalülmülk Qaçar şahının sarayındakı, fəsad və qarğaşanı görüncə, sənət sahəsində yenilikləri əldə etmək bəhanəsiylə və əslində saraydaki pis durumdan uzaqlaşmak üçün Avropanın yolunu tutdu. Beş il sürən bu yolçuluq sırasında, sənət sahəsində yeni bir dünyanın gəlişmələri onun üfüqünü açdı. Avropada olduğu müddətdə bir çox ünlü rəssamın əsərləriylə tanışma fürsəti tapan Kamalülmülk, Müzəffərəddin şahın ikinci Avropa səfərində, onunla görüşərək İrana dönməsi istəyi şah tərəfindən dilə gətirildi və o da Avropada əldə etdiyi təcrübələrindən, İranda istifadə edəcəyi ümidiylə İrana döndü, ancaq saraydakı bəzi insanların qısqançlığına uğradı və ziyarət bəhanəsiylə təkrar iki illik bir müddət üçün İrandan ayrılaraq İraqa getdi.
Burada olduğu müddətdə bəzi əsərlər yaratdı, bunlardan "Uyuyan ərəb" və "Kərbəla meydanı" adlı əsərləri çox məşhurdur. Qacar dönəmində Kamalülmülk adında bir vəqf quruldu və əsərləri bu vəqf tərəfindən qoruma altına alındı. 1927-ci ildə təqaüdə çıxan Kamalülmülk Nişapur şəhərinə bağlı Hüseynabad qəsəbəsinə gedərək özünə aid malikanədə yaşamını sürdürdü.
Ömrünün son dönəmlərində, bir daşın çarpması sonucu bir gözü görmə qabiliyətini itirdi. Nəhayət, 1940-cı ilin 27 iyulunda 95 yaşında ikən vəfat etdi. Cənazəsi, Nişapurlu ünlü şair Şeyx Əttarın məzarı yanında toprağa verildi. Kamalülmülkün bir qızı və üç oğlu vardı.
Xarici keçidlər
redaktə- ↑ WorldCat Entities (ing.). OCLC, Inc., 2022.