Kamile Dadas Zade - Wikipedia
Kamilə Hüseyn qızı Dadaş-zadə (professor. Azərbaycan Milli Konservatoriyasının rektoru[1]
) — Sənətşünaslıq üzrə fəlsəfə doktoru,Kamilə Dadaş-zadə | |
---|---|
Elmi dərəcələri | |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktə2005–2007-ci illərdə və 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.[2]
Konservatoriyanı bitirdikdən sonra uzun müddət Azərbaycan Aşıqlar Birliyində çalışıb. 2000-ci ildə "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair" mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.[3]
2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə "Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi" adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması onun təşəbbüsü ilə həyata keçirilib. O, həmçinin Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan mədəniyyət siyasəti" məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir.
Mükafatları
redaktə10 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif olunub.
Kitabları
redaktə- "Dastanın işarə sistemi"
- "Üzeyir Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq"
İstinadlar
redaktə- ↑ Prezident onu rektor təyin etdi — Sərəncam
- ↑ "Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının Müdiri". 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
- ↑ Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kimdir? – Tərcümeyi-hal
- ↑ Prezidentin rektor təyin etdiyi şəxs kimdir? — Dosye