Kamlakan - Wikipedia
Kamlakan — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd.[1]
Kamlakan | |
---|---|
Ölkə |
Kamlakan Astara rayonunun Hamoşam inzibati ərazi vahidində kənd. Hamoşam çayı sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, oykonim Kamalakəon adının təhrif formasıdır. Kamal (ŞƏRQa.) və Talış dilindəki kəon (evlər) komponentlərindən düzəlmiş bu toponim "Kamala məxsus evlər" mənasındadır. Tədqiqatçılara görə, kəmləkan Talış dilində "böyürdə salınmış evlər, azlıqda qalan evlər" mənasındadır.[2]
Etimologiyası
redaktəOykonim Kamal şəxs adı, "a" birləşdirici sait və talış dilindəki kəon "evlər" sözlərindən ibarətdir. Digər mənası tərkibindəki kəm "azlıqda qalan", "lə" birləşdirici sait, kan isə "kənd", "məskən yeri" mənasındadır.[3]
Əhalisi
redaktəKənd əhalisinin əksəriyyətini talışlar təşkil edir.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.381
- ↑ Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Astara rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |