Kamran Israfilov - Wikipedia
Kamran Ağakərim oğlu İsrafilov (5 sentyabr 1979, Bakı- 12 fevral 2018, Bakı) – Azərbaycanın tanınmış teleaparıcısı, İctimai Televiziya və Radio Yayımları şirkətinin uşaq və digər verilişlərinin aparıcısı, müxtəlif televiziya və dövlət səviyyəli layihələrin ssenari müəllifi, o cümlədən Mərdəkan Mədəniyyət sarayının və Uşaq Teatr Studiyasının bədii rəhbəri.
Kamran Ağakərim oğlu İsrafilov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR,SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | rejissor,teatrşünas |
Fəaliyyət illəri | 2002-2018 |
Həyatı
redaktəKamran İsrafilov 5 sentyabr 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, 1985-ci ildə 29 saylı orta məktəbin birinci sinfinə qəbul olunub. Kiçik yaşlarından teatra, musiqiyə və ədəbiyyata böyük maraq göstərən Kamran, hələ şagird ikən öz məktəbli yoldaşları ilə müxtəlif nağıllar əsasında tamaşalar hazırlayıb, məktəb səhnəsində çıxış edirdi. 1996-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinə qəbul olunur. 2000-ci ildə isə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistratura pilləsinə daxil olur və 2002-ci ildə fərqlənmə ilə bitirir. Bir neçə müddət Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir.
Daha sonra Kamran İsrafilov uzun illər , İctimai Televiziyada uşaq və digər verilişlərin aparıcısı kimi fəaliyyət göstərir. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz Bahar Festivalı"nın aparıcısı olur. Fransanın Strasburq şəhərində UNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında, həmçinin Türkiyədə keçirilən "Uluslararası 23 nissan Çocuk Festivalı"nın və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edir.
2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Əbədi ezamiyyət sənədli filmində, tarixi şəxsiyyət və ictimai xadim Əlimərdan bəy Topçubaşov obrazını canlandırır. Kamran İsrafilov 2016-cı ildən 2018-ci ilədək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsində çalışır. Burada "Kam-Kam" Uşaq Teatr Studiyasını yaradır. O, nəinki uşaq tamaşalarının ssenari müəllifi və quruluşçu rejissoru kimi çıxış edirdi, həmçinin aktyor kimidə uşaqlarla bir səhnəni bölüşürdü. Kamran İsrafilov 2009-cu ildə ailə həyatı qurub, bir övladı var.
Kamran İsrafilov 12 fevral 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir.