Kamran Bagirov - Wikipedia
Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa, DQMV – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988).
Kamran Bağırov | |
---|---|
9 aprel 1990 – 24 dekabr 1992 | |
Əvvəlki | Fuad Musayev |
Sonrakı | Əhmədağa Rəhimov |
3 dekabr 1982 – 21 may 1988 | |
Əvvəlki | Heydər Əliyev |
Sonrakı | Əbdürrəhman Vəzirov |
20 iyul 1978 – 3 dekabr 1982 | |
Birinci katib | Heydər Əliyev |
1974 – 1978 | |
Əvvəlki | Sabit Abbasəliyev |
Sonrakı | Həsən Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2000 (67 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Tatyana Alekseyevna Bağırova [1] |
|
|
Təltifləri |
Həyatı
redaktəKamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.[2]
1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Onun ölkəyə rəhbərliyi dövründə Qarabağ münaqişəsi alonlanmağa başlasa da, K.Bağırov bu münaqişənin yaranmasının və böyüməsinin qarşısını ala bilmədiyini özü də etiraf edib. Bağırov vəzifədən getməsi ilə bağlı müraciətində bunları yazıb:
“Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”
Vəzifədən çıxarıldıqdan sonra ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi.[3] 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.
Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Faiq Bağırzadə onun böyük qardaşıdır.[4]
İstinadlar
redaktə- ↑ "12-ci birinci katib - Kamran Bağırovun Azərbaycandan getmiş xanımı danışmaq istəmir - FOTOLAR". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
- ↑ Яковлев, Александр. "Багиров (Bağırov) Кямран Мамедович". Альманах «Россия. ХХ век». 2016. 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-01.
- ↑ agentliyi, NUH Informasiya. "Kamran Bağırov Əbdürrəhman Vəzirova nə deyib? » NUH informasiya agentliyi". nuh.az (ingilis). 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
- ↑ ""Məni ən yaxın çiyindaşım "satmışdı""-Bir prokurorun xatirələri » Ovqat.com". Ovqat.com. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.