Kanoner Qayigi - Wikipedia
Kanoner qayığı (alm. Kononenboot ot it. Canone) — Kiçik hərbi gəmilər sinfinə daxildir. Əsasən artilleriya ilə silahlandırılır. Çay, göl və dəniz sahillərində hərbi əməliyyat üçün əhəmiyyətlidir.
Tarix
redaktəİlk dəfə 17-ci əsrdə (1646) Fransada Dyunkirxennin bombalanmasında iştirak edib. Bu qayıqlar İsveç müharibəsində (1788-1794) fəal tətbiq edilmişdir. Bu tip qayıqlar yelkənli gəmilər əlehinə daha effektiv idi. Rus kanonerləri üç iri çaplı silahlarla təhciz edilirdi.
Təyinatı
redaktəKanoner artilerya qayığı əsasən limanların, sahil xətdinin qorunmasında və düşmən desantlarının qarşısının alınmasında və öz qoşunlarının təhcizatı baxımından daha effektiv xüsüsiyyət daşıyır. Rusiya tarixində ilk dəfə Krım müharibəsi dövründə istehsal edilmişdir. Kanoner qayığı dəniz və okean akvatoriyasında, çay məcralarında istifadə edilirdi. Dünya tarixində 1907-ci ildə çay kanonerlərinə dizel yanacağı ilə işləyən mühərriklər yerləşdirilir. Dizellə işləyən ՞Skval՞ növü 1000 at gücünə, 3000 mil radiusa üzmə gücünə malik idi. Öz dövrünün ən yaxşısı hesab edilirdi.
Növləri
redaktə- Çay kanoner qayığı
- çay kanoner qayığı 2-ci ranq
- çay kanoner qayığı 3-ci ranq
- Dəniz kanoner qayığı
Silahlanma
redaktəSilahlanma 1-4 əsas kalibirli (203–336 mm). 10 orta kalibirlli (76–170 mm) silahla təhciz olunmuşdur. Avtomatik zenit tüfəngləri və plemyotlar.
Sürəti
redaktəSaatda növündən asılı olaraq 3-15 dəniz mili arası dəyişir.
Yükgötürmə qabiliyyəti
redaktə- Çay Kanoneri -1500 ton
- Dəniz Kanoneri -3000 ton