Kanto Duzenliyi - Wikipedia
Kanto düzənliyi[1] (yap. 関東平野) və ya Tokio düzənliyi[1] (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir.[2][3][4][5] Sahəsi 13 min km²–dir.[K 1] Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır.[11] Tektonik çökəklikdir.[1] Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur.[1] İqlimi rütubətli mülayimdir.[1] Sıx çay şəbəkəsi var.[1] Çayları (yap. 河川): Toneqava (yap. 利根川), Karasuqava (yap. 烏川), Vataraseqava (yap. 渡良瀬川), Omoiqava (yap. 思川), Kinuqava (yap. 鬼怒川), Taqava (yap. 田川), Kokaiqava (yap. 小貝川), Qoqyoqava (yap. 五行川), Tamaqava (yap. 多摩川), Akikava (yap. 秋川), Saqamiqava (yap. 相模川), Arakava (yap. 荒川), Edoqava (yap. 江戸川), Sumidaqava (yap. 隅田川), Kuciqava (yap. 久慈川) və Nakaqavadır[ing.]. Gölləri (yap. 湖沼): Kasumiqaura (yap. 霞ヶ浦), Kitaura (yap. 北浦), İnbanuma (yap. 印旛沼), Teqanuma (yap. 手賀沼), Uşikunuma (yap. 牛久沼) və Yanakakodur (yap. 牛久沼). Düzənliyin əksər çayları başlanğıcını şimalda və ya qərbdə yerləşən dağlardan götürür, şərqdə Sakit okeana və ya cənub–qərbdə Tokio körfəzinə tökülürlər. Çaylardan ən irisi (322 km)[12] uzunluğuna görə ölkənin ikinci böyük çayı hesab edilən[12] və şərqdə Sakit okeana tökülən Toneqavadır. Tez–tez zəlzələ olur.[1] Kanto regionunda 1923–cü ildə baş vermiş zəlzələ (Rixter şkalası ilə 7.9 bal)[13] nəticəsində Tokio şəhəri dağılmış[1], Tokio–Yokohama ərazisində təqribən 130–143 min[K 2] insan həyatını itirmişdi. Yaponiyanın "əsas kənd təsərrüfatı bölgəsi, ən önəmli sənaye və urbanizasiya mərkəzi olan"[2] Kanto regionunda əhalinin (42.607.376 nəfər; 2010)[K 3] əksəriyyəti Kanto düzənliyində məskunlaşmışdır. Düzənliyin ərazisində Tokio (8.949.447 nəfər; 2010)[15], Yokohama (3.689.603 nəfər; 2010)[15], Kavasaki (1.425.678 nəfər; 2010)[15], Saytama (1.222.910 nəfər; 2010)[15], Çiba (962.130 nəfər; 2010)[15], Saqamihara (717.561 nəfər; 2010)[15], Funabaşi (609.081 nəfər; 2010)[15], Haçioci (579.799 nəfər; 2010)[15], Utsunomiya (511.296 nəfər; 2010)[15], Kavaquçi (500.311 nəfər; 2010)[15], Matsudo (484.639 nəfər; 2010)[15], İçikava (474.926 nəfər; 2010)[15], Maçida (426.827 nəfər; 2010)[15], Yokosuka (418.448 nəfər; 2010)[15], Fucisava (409.734 nəfər; 2010)[15], Kaşiva (404.079 nəfər; 2010)[15] kimi böyük və çox sayda daha kiçik şəhərlər yerləşir. Ümumiyyətlə, Kanto regionu əhalisinin 95.07%–i (40.505.386 nəfər; 2010)[15] şəhərlərdə yaşayır.
Kanto düzənliyi | |
---|---|
yap. 関東平野 | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 m |
Eni | 110 km |
Uzunluğu | 140 km |
Sahəsi | 13000 km² |
Coğrafiyası | |
Çaylar |
Toneqava, Karasuqava, Vataraseqava, Omoiqava, Kinuqava, Taqava, Kokaiqava, Qoqyoqava, Tamaqava, Akikava, Saqamiqava, Arakava, Edoqava, Sumidaqava, Kuciqava, Nakaqava. |
Göllər |
Kasumiqaura, Kitaura, İnbanuma, Teqanuma, Uşikunuma, Yanakako. |
Yerləşməsi | |
36° şm. e. 140° ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | Kanto |
Vilayət |
Tokio, Saytama, Kanaqava, Çiba, İbaraki, Qunma, Toçiqi. |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərhlər
redaktə- ↑ Düzənliyin ərazisi ingilisdilli müvafiq elmi ədəbiyyatda (xüsusən ABŞ–da nəşr edilmiş) əsasən 13 min km² olaraq göstərilir[2][3][5][6][7][8]; Bəzi mənbələrdə isə bu rəqəm 17.000[9] km² kimi göstərilmiş və ya qarışıqlıq yaranmışdır: məsələn ASE–nin V cildində "Yaponiya" məqaləsində düzənliyin ərazisi 17.000[10] km², "Kanto" məqaləsində isə 13.000[1] km² olaraq göstərilib.
- ↑ Bu zəlzələ nəticəsində dağıntılar altında qalaraq ölmüş insanların sayını 130.000[14], 140.000[6] və 143.000[13] nəfər göstərən müxtəlif mənbələr var.
- ↑ 1 oktyabr 2010–cu il siyahıyaalınmasına görə Tokio prefekturasında 13.161.751 nəfər, Saytama prefekturasında 7.194.957 nəfər, Kanaqava prefekturasında 9.049.500 nəfər, Çiba prefekturasında 6.217.119 nəfər, İbaraki prefekturasında 2.968.865 nəfər, Qunma prefekturasında 2.008.170 nəfər, Toçiqi prefekturasında 2.007.014 nəfər olmaqla Kanto regionunda cəmi 42.607.376 nəfər qeydə alınmışdır.[15]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Канто, сəhифə 251. // Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1981, 592 сəhифə.
- ↑ 1 2 3 Chapter 4: Japan, page 118. // The Handbook of East Asia Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. Author: Michael Kort. Minneapolis: Twenty-First Century Books, 2005, 272 pages. ISBN 9780761326724Orijinal mətn (ing.)
By far the largest and most important flat area in Japan is the 5,000-square-mile (13,000-square-kilometer) Kanto Plain on the east coast of Honshu. It is both a major agricultural region and Japan's most important industrial and urban center.
- ↑ 1 2 Chapter 2. The Society and Its Environment. — Physical Setting. — Geographic Regions, page 74. // Japan: A Country Study Arxivləşdirilib 2017-02-25 at the Wayback Machine. Fifth Edition. Editors: Ronald E. Dolan, Robert L. Worden. Washington: U.S. Government Printing Office, 1992, XXXVI+610 pages. ISBN 9780844407319Orijinal mətn (ing.)
None of the populated plains or mountain basins is extensive in area. The largest, the Kanto Plain, where Tokyo is situated, covers only 13,000 square kilometers.
- ↑ Chapter 2. The Society and Its Environment. — Physical Setting. — Geographic Regions, page 78. // Japan: A Country Study Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. Fifth Edition. Editors: Ronald E. Dolan, Robert L. Worden. Washington: U.S. Government Printing Office, 1992, XXXVI+610 pages. ISBN 9780844407319Orijinal mətn (ing.)
The Kanto ("east of the barrier") region encompasses seven prefectures around Tokyo on the Kanto Plain. The plain itself, however, makes up only slighdy more than 40 percent of the region. The rest consists of the hills and mountains that border it except on the seaward side.
- ↑ 1 2 "Natural Regions, Kanto" (ingilis). www.countriesquest.com. 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.Orijinal mətn (ing.)
South of Tohoku on Honshu island is the Kanto region, the political, cultural, and economic heart of Japan. It centers on Japan's capital city, Tokyo, in east central Honshu. Kanto's main natural feature is the Kanto Plain. Japan's largest flatland, the plain covers 13,000 sq km (5,000 sq mi), or about 40 percent of the Kanto region. Hills and mountains surround the plain on the east, north, and west sides, while the south side opens to the Pacific Ocean. Covering most of the southern part of the plain is the Tokyo metropolitan area, which contains many small cities and satellite towns. Major nearby cities—Yokohama, Chiba, and Kawasaki—merge with Tokyo, creating one large urban-industrial zone. The population of Kanto is the largest of any of Japan's regions. Most of the farms that once covered the Kanto Plain have been replaced by residential, commercial, and industrial construction. The prefectures of Kanagawa, Saitama, Gunma, Tochigi, Ibaraki, Chiba, and the Tokyo Metropolis make up the Kanto region.
- ↑ 1 2 Japan (author Lawrence Fouraker, Ph.D. St. John Fisher College), page 491. // Encyclopedia of World Geography[ölü keçid]. First Edition. General Editor: Ph.D. R. W. McColl. New York: Facts On File, Inc., 2005, XXIX+1151 pages. ISBN 9780816072293Orijinal mətn (ing.)
Japan has more than 40 active volcanoes, and the country experiences an average of more than 1,000 seismic events (earthquakes and tremors) a year. The most disastrous earthquake of modern times hit the Tokyo/Yokohama area in 1923, killing an estimated 140,000. The worst earthquake since the 1923 disaster devastated the Kôbe area in 1995, killing more than 6,000.
The mountainous origins of the archipelago makes flat areas rare. There are only five major plains, and none are very large. The Kantô Plain, by far the nation’s largest, with an area of 8,078 square mi (13,000 square km), extends inland from TOKYO. - ↑ Encyclopedia of World Geography. Volume XXIV Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. Editor: Peter Haggett. New York: Marshall Cavendish Corporation, 2001, page 3035. ISBN 9780761472896Orijinal mətn (ing.)
Japan's largest lowland area, the Kanto Plain, lies east of Fuji covering some 13,000 sq km (5,000 sq mi). The capital, Tokyo, stands on its southern side, on Tokyo Bay.
- ↑ A Report on Japanese Natural Resources: A Comprehensive Survey. Volume I. Author: Supreme Commander for the Allied Powers, Natural Resources Section. Prepared in General Headquarters in 1948. Tokyo: Hosokawa Printing Company, 1949, page 23.Orijinal mətn (ing.)
Even the largest of these lowlands, the Kanto Plain, covers only 5,020 square miles (13,000 sq km).
- ↑ III bölmə. Asia regionu və subregionları. — 2.3.11. Yaponiya dövləti, səh. 323–324. // Dünyanın iqtiasdi və sosial coğrafiyası. Ali məktəblər üçün dərslik. Müəlliflər: C. A. Məmmədov, Ç. N. İsmayılov, H. B. Soltanova, E. B. Nuriyev, İ. İ. Əhmədova, G. C. Cəfərova; Redaktor: H. B. Soltanova. Bakı: "Sabah" nəşriyyatı, 584 səh. ISBN 9789952453492Orijinal mətn (az.)
Düzənliklər və ovalıqlar ərazisinin 1/4 hissəsini əhatə edir. Bunlar dəniz sahili ensiz zolaqda və daxili rayonlarda çay vadilərini əhatə edir. Bunlardan ən böyüyü Honsü adasının Tokio körfəzi sahilində Kanto və ya Tokio (17 min kv. km) düzənliyidir.
- ↑ Јапонија, сəhифə 69. // Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1981, 592 сəhифə.
- ↑ "関東平野". 日本大百科全書 (yapon). kotobank.jp. 2001. 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-25.Orijinal mətn (yap.)
西南日本の山系と東北日本の山系の交会部に位置する日本最大の平野。東西約140km,南北約110km。
- ↑ 1 2 Japan, page 41. // Junior Worldmark Encyclopedia of Physical Geography. Volume 3: Indonesia to Mongolia[ölü keçid]. Editors: Karen Ellicott and Susan Bevan Gall. Farmington Hills: The Gale Group, Inc., 2003, LXV+ 169 pages. ISBN 0787662682Orijinal mətn (ing.)
Although the country is exceptionally well watered, the absence of large plains has prevented the formation of a major river system. The longest river, the Shinano, is only 367 kilometers (228 miles) long and the second longest is the Tone, 322 kilometers (200 miles). Both are in central Honshu. The third longest is Hokkaido’s Ishikari River (268 kilometers/166 miles).
- ↑ 1 2 Chapter 7. A Geographic Profile of Monsoon Asia. — Module 7.4. Japan and the Koreas: Adversity and Prosperity in the Western Pacific. — Natural Hazards Living on the Ring of Fire, page 396. // World Regional Geography. Sixth Edition[ölü keçid]. Editor: Joseph J. Hobbs. Belmont: Brooks/Cole, Cengage Learning, 2008, XIV+721 pages. ISBN 9780495389507Orijinal mətn (ing.)
Japan has a long history of seismic assaults. One of the most significant recent events took place on January 17, 1995, when a devastating earthquake released the tension that had built up on a transverse fault near historic Kobe, a port city of 1.5 million people. The Japanese soon labeled the 6.9-magnitude episode the Great Hanshin Earthquake, establishing its place in the annals of Japanese disasters alongside such events as the Great Kanto Earthquake (magnitude 7.9 on the Richter scale, which killed 143,000 people in and around Tokyo in 1923.
- ↑ Encyclopedia of the World’s Nations and Cultures. Revised edition Arxivləşdirilib 2023-02-20 at the Wayback Machine. Editor: George Thomas Kurian; Contributors: Twenty-four authors. New York: Facts On File, 2007, p. 1189. ISBN 0816063079, ISBN 9781438129273Orijinal mətn (ing.)
Major earthquakes are rarer but can result in thousands of deaths, as with the Kanto earthquake of 1923, in which 130,000 people were killed.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 日本統計局. "平成22年国勢調査の概要: 第2表 人口及び世帯数 - 都道府県,市部,郡部,市町村" (yapon). www.stat.go.jp. 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-25.