Karamazov Qardaslari - Wikipedia
Karamazov qardaşları (rus. Братья Карамазовы, /'bratʲjə karə'mazəvɨ/) — Rus yazıçısı Fyodor Dostoyevskinin romanı.
Karamazov qardaşları | |
---|---|
rus. Братья Карамазовы (Brat'ya Karamazovy) | |
| |
Janr | Fəlsəfi psixoloji roman |
Müəllif | Fyodr Dostoyevski |
Orijinal dili | Rusca |
Yazılma ili | 1878 |
Nəşr ili | 1880 |
Nəşriyyat | Ру́сский ве́стник |
Əvvəlki | Gülünc adamın yuxusu (hekayə) |
Vikianbarda əlaqəli mediafayllar |
Dostoyevskinin həyatının zirvə romanı olaraq bilinir. Romanın böyük bir hissəsi Staraya Russada yazılmışdır. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın zaman sərf etmiş və 1880-ci ilin noyabr ayında bitirmiştir. Kitabın yayımlanmasından dörd ay sonra yenə bu kitab üçün hazırladığı böyük bir layihə olan "Böyük bir günahkarın xatirələri" ilə məşğul olarkən vəfat etmişdir.
Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan Karamazov qardaşları XX əsrin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Personajlar
redaktə- Fyodor Pavloviç Karamazov — Karamazov ailəsinin 55 yaşında arvadbaz atası.
- Dimitri Fyodoroviç Karamazov (Mitya) — Fyodor Pavloviçin 28 yaşındakı ən böyük oğlu. Üç yaşı olanda anasının evi tərk etməsindən sonra ilk olaraq atasının xidmətçisi Qriqori, sonra anasının qohumu Pyotr tərəfindən böyüdülmüşdür. Hərbi məktəbə getmiş, Qafqazda döyüşmüşdür. Atası kimi şəhvətə meyilli olan Dmitri illər ərzində heç pay almadığı anasının mirasından payına düşən hissənin bir qədərini hissə-hissə nağd formada və dəyərindən aşağı olaraq almışdır. Borcun bağlanmasına dair sənəd imzalasa da, mirasın məbləğini nəzərə alıb atasından daha çoxunu istəmişdir. Ögey qardaşı Alyoşa ilə səmimi münasibəti vardır. Katerina İvanovna ilə nişanlı və atası kimi Qruşenkaya aşiqdir.
- İvan Fyodoroviç Karamazov (Vanya, Vanka) — Fyodor Pavloviçin Sofiya İvanovna adlı ikinci arvadından olan 24 yaşındakı ikinci oğlu. Yeddi yaşında anasını itirəndən sonra qardaşı Aleksey ilə birlikdə analarını böyüdən qadının himayəsində böyüyür. Yaxşı təhsil alan İvan nihilist düşüncələri olan və ailəsindən qopuq yaşayan bir gəncdir. Tanrıtanımaz xüsusiyyətləri ilə ön plana çıxır. Ögey qardaşı Dmitri kimi atasına qarşı düşməncə düşüncələr bəsləyir;
- Aleksey Fyodoroviç Karamazov (Alyoşa, Alyoşka, Alyoşenka, Alyoşeçka) — romanda daha çox Alyoşa olaraq adlandırılır. Fyodor Pavloviçin ikinci arvadından olan 20 yaşlı ən kiçik oğludur. Dörd yaşında anasını itirəndən sonra qardaşı İvan ilə birlikdə analarını böyüdən qadının himayəsində qalırlar. Bəlkə də, Dostoyevskinin 3 yaşında ölən oğlu ilə adaş olduğu üçün romanın sonunda hakim onu ən xeyirli övlad adlandırır. Qəsəbədəki monostırda qalan Alyoşa nihilist olan qardaşı İvandan fərqli olaraq hristianlığı və imanı təmsil edir;
- Lizaveta - küçə-küçə gəzən, danışa bilməyən və ağlı başında olmayan, amma ətrafdakı adamlardan şəvqət görən gənc qadın. Ona "iylənmiş" mənasında "smerdyaşçaya" ləqəbi verilmişdir. Bir gün Fyodor Pavloviçin mülkündə oğlan uşağı doğmuş və səhərə yaxın ölmüşdür. Dəqiq olmasa belə, doğulan uşağın atasının məhz Fyodor Pavloviç olduğu iddia olunur.
- Pavel Smerdyakov - Lizaveta ilə Fyodor Pavloviçin cinsi münasibətindən doğulduğu düşünülən, atası dəqiq məlum olmayan uşaq. Fyodor Pavloviçin xidmətçiləri Qriqori Vasilyeviç və onun arvadı Marfa İqnatyevna tərəfindən böyüdülür. Bir az böyüyəndən sonra Fyodor Pavloviç onu aşpazlıq məktəbinə göndərir, qayıdıqdan sonra isə yenidən Fyodor Pavloviçin evində qalaraq aşpazlıq edir. Pavel Sara xəstəsidir.
- Agrafena Aleksandrovna Svetlova (Qruşenka, Qruşa) - bir çox kişinin diqqətini çəkən gənc qadın. Həm Dimitrinin, həm də Fyodor Pavloviçin birlikdə olmaq istədiyi qadındır;
- Katerina İvanovna Verkhovtseva (Katya, Katka, Katenka) — Dimitrinin köhnə nişanlısı. Atasının elədiyi qanunsuzluqları gizlətmək üçün onlara yardım edən və ordunun kassasından daha sonra ödənmək üçün götürülən bir neçə min rublu verən Dimitri ilə elədiyi yaxşılığa qarşılıq olaraq nişanlanmışdır. Ancaq Dmitrinin Qruşenkoya aşiq olmasına görə nişan pozulmuşdur;
- Zosima — Alyoşanın müəllimi və məsləhətçisi olan rahib. Ağıllı və səmimi biri olan Zosima dini inancla doludur. Yorulmadan insanlığı sevmək, başqalarının günahlarını bağışlamaq və Tanrının yaradılışına dəyər vermək başlıqlı ideyaları yaymağa çalışır. Üstün əxlaqi keyfiyyətləri onu insanların gözündə müqəddəsləşdirmişdi;
- Quzma İlyiç Samsonov — köhnə sevgilisi olan xəyanət etdikdən sonra Qruşenkonu şəhərə gətirən yaşlı tacir;
- İlyuşa - Kapitan Snegiryovun balaca oğlu. Dmitri Karamazov uşağın atasını təhqir etdiyindən İlyuşa Aleksey Karamazova daş atıb yaralamışdı;
- Kolya Krosotkin - Sosializm, ateizm barəsində Alyoşa ilə müzakirələr aparan, Avropalaşma ideyası olan məktəbli uşaq.
Ekranlaşdırılma
redaktəİl | Film | Ölkə | Rejissor | Qeydlər |
---|---|---|---|---|
1921 | Die Brüder Karamasoff | Almaniya | Carl Froelich | |
1931 | Der Mörder Dimitri Karamasoff | Almaniya | Erich Engels, Fyodor Otsep | |
1947 | I fratelli Karamazoff | İtaliya | Giacomo Gentilomo | |
1959 | The Brothers Karamazov | ABŞ | Richard Brooks | |
1968 | Karamazov qardaşları | SSRİ | Kirill Lavrov | 232 dəqiqə |
1976 | "O Julgamento" | Braziliya | Edison Braga | TV serial. 178 seriya (60 dəqiqə) |
2009 | "Bratya Karamazovy" | Rusiya | Yuri Moroz | 8 bölümlü mini serial. 440 dəqiqə. |
2010 | Karadağlar | Türkiyə | Oğuzhan Tercan | Show TV — də serial |