Karikaturcu - Wikipedia
Karikatura və ya karikatur (lat. carrus – şişirtmək, italyanca yükləmək, şişirtmək) — ictimai-siyasi və məişət mövzularında satirik və ya yumoristik rəsm.
Karikaturlar çox vaxt siyasi məzmunlu olur. Şəkil karikaturların yaradıcıları karikaturçular və ya karikaturçu rəssamlar adlanır.
Karukaturada çox vaxt söhbət mövcud dəyərlər və ya siyasi münasibətlərə tənqidi əhatə edən satiranın şəkil formasından gedir. Bu, adətən, cəmiyyətdə qarşıdurmalarda "silah" kimi də tətbiq edilir. Karikatur bilərəkdən verilmiş hadisənin və ya şəxsin xarakterik cizgilərini şişirdilmiş və təhrif olunmuş formada təsvir edərək əldə edilən reallığın kontrastı və etirazı əsasında kənar şəxsləri düşünməyə vadar edir. Tez-tez karikatur aktual hadisəyə sarkastik-ironik baxımdan yanaşır. Burada təsvir olunan hadisə və şəxsin malik olduğu çatışmazlığı və səhvləri qabarıq göstərilir və bu və ya digər formada rəssamlıq texnikasının köməyi ilə onu gülməli vəziyyətə salır.
Tarixi
redaktəİlk karikatur rəsmləri Antik dövrlərdə çəkilmişdir. Qədim Misir papiruslarının, yunan vazalarının üzərində və ya Roma divar rəsmlərində qədim karikaturun izlərinə rast gəlinir. Orta əsr kilsələrinin divarlarında və sütunlarında, kitablarda satirik motivli şəkillər vardır. Avropada Reformasiya hərəkatı dövründə protestantlığın və katolikliyin tərəfdarları bir-birlərini karikatur ilə təqnid emişdilər. Leonardo da Vinçinin işlərində də bir neçə satirik məzmunlu şəkillər vardır. XVI əsrdə Karacci qardaşları karikatur ilə məşğul olmuşlar. XVII əsrdə Hollandiyada mənəvi-satirik qrafiklərə rast gəlinir. Cəmiyyətlə bağlı karikaturanın inkişafı XVIII əsrdə İngiltərədə baş verir.
Azərbaycanda karikatur
redaktəAzərbaycanda karikaturun ilk əlamətlərinə orta əsr rəssamlarının (Kamal Təbrizi və başqaları) yaradıcılığında təsadüf edilir. Müstəqil janr kimi XX əsrin əvvəllərində rus satirif qrafikası və "Molla Nəsrəddin" jurnalının ideya-bədii təsiri nəticəsində yaranmışdır. Molla Nəsrəddinçi rəssamlar Ə.Əzimzadə, O.Şmerlinq, İ.Rotter, B.Telinqater (Beno), X.Musayev və başqalarının bu sahədə mühüm xidmətləri olmuşdur. Azərbaycan rəssamlarından Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, Nəcəfqulu və başqa milli katikaturun tanınmış yaradıcılarıdır. 1952-ci ildə "Kirpi" jurnalının nəşri ilə karikaturun mövzu dairəsi daha da genişlənmişdir.
Mənbə
redaktə- Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı,2008