Karl Faberje - Wikipedia
Karl Faberje (30 may 1846[1], Sankt-Peterburq – 24 sentyabr 1920[1][2][…]) — milliyətcə alman olan tanınmış Rusiya zərgəri, Faberje Evinin rəhbəri və dünya şöhrətli Faberje yumurtasının yaradıcısı.
Karl Faberje | |
---|---|
rus. Петер Карл Густавович Фаберже | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Lozanna |
Vətəndaşlığı | Rusiya |
Atası | Qustav Faberje |
Anası | Şarlotta Yunqştedt |
Milliyyəti | alman |
Fəaliyyəti | zərgər[d], ixtiraçı, zərgər[d] |
Tanınır | Faberje yumurtası |
Mükafatları | |
faberge.com/news/48-pete… | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəPeter Karl Faberje Rusiya imperiyasının Sankt-Peterburq şəhərində alman ailəsində dünyaya gəlmişdir. Onun atası Qustav Faberje Estoniyada doğulsa da əsli Fransa almanlarından idi. Onun anası Şarlotta Yunqştadt danimarkalı rəssamın qızı olmuşdur. 1842-ci ildə Böyük Faberje Sankt-Peterburqda zərgərlik firmasını yaradır. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir. Karl Faberje Avropanı səyahət edərkən Drezden şəhərində zərgərlik sənətinin öyrənərək onun incəliklərini mənimsəyir. Daha sonra o, Frankfurt şəhərində zərgərlik ustası Yozef Fridman yanında çalışaraq onun sənətinin sirrlərinə yuyələnir. Daha sonra Rusiyaya dönən 24 yaşlı Karl 1870-ci ildə atasının işini öz əlinə alır. 1882-ci ildə Moskvada Ümumrusiya bədii-sənaye sərgisində onun firması iştirak edərkən, III Aleksandrın diqqətini çəkmiş olur. Peter Karl çar ailəsinin xeyir-duası ilə "İmperator Həzrətləri və İmperator Ermitajının zərgəri" rütbəsinə layiq görülür.
Çar ailəsindən Avropanın bir çox monarx ailələri (Böyük Britaniya, Danimarka, Yunanıstan, Bolqarıstan) Faberjenin istehsalı olaan zinyət əşyalarından hədiyyələr alırlar. Faberje firması Avropada getdikcə məşhurlaşır. 1900-cü ildə Parisdə Faberje "Paris zərgər ustalarının gildiyası " rütbəsini alır. O, həmçinin "Fəxri Legion" ordeni ilə təltif edilir. 1899–1900-cü illərdə Sankt Peterburqun mərkəzində memar Karl Şmidtin layihəsilə Faberje Evi inşa edilir. Birinci mərtəbəsində dükan və emalatxana, yerdə qalan hissələrdə Faberje ailəsi yerləşmiş olur. İnqilabdan sonra sovet hökuməti FaberjeninPetroqrad, Moskva, Odessadakı fabrik və dükanlarını milliləşdirir. Petroqradda demək olar ki Faberje Evinin bütün qiymətli qaş-daşlar və metal ehtiyatları, hazır zərgərlik məmulatları bolşeviklərin əlinə keçir və əvəzində heç nə ilə kompensasiya olunmur. Ancaq Yevgeni faberjenin Fillandiyaya apara bildiyi kiçik bir varidat xilas edilmiş olunur. 1925–1939-cu illərdə hərraca çıxarılmış bəzi zinyətəşyaları, o cümlədən altı pasxa yumurtası ing. Wartski Evinin nümayəndəsi ing. Emanuel Snowman tərəfindən alınmış olur[3]. 1918-ci ilin sentyabr ayında həbs olunmaqdan qorxan Karl Faberje Petroqradı xarici səfirliklərin birinin kuryeri adı altında tərk edərək qatarla Riqaya gəlir. Latviyaya Sovet Rusiyasının soxulmasından sonra Karl Almaniyaya qaçır. Berlində yerləşən Karl inqilablar fonunda oranı da tərk etməli olur. Frankfurt, Hamburq və nəhayət Visbadenə yerləşmiş olur.
1920-ci ildə onda ürək tutması baş verir. Səhhəti bir qədər düzəldikdən sonra ailəsi onu İsveçrəyə, Jeneva gölünə gəlirlər. 24 sentyabr 1920-ci ildə İsveçrənin Lozanna şəhərində vəfat edir. Karl Faberjenin məzarı Kannda Qran Jas qəbirsatanlığındadır.
Faberje yumurtası
redaktəFaberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərafəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır[4]. "Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çüvrilmişdir. Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. "Toyuq" adlanan bu yumurta klassik yumurta şəklində hazırlanmışdır. Onun içərisindəki sarıısı gözləri yaqut qaşı ilə işlənilmiş toyuq formasında olub, qızıl külcısindın hazırlanmış, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 RKDartists (nid.).
- ↑ Carl Fabergé // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Henty Charles Bainbridge Peter Carl Faberge. Goldsmith and Jeweller to the Russian Imperial Court. His Life and Work. — 3-rd. — GB, Bugay, Suffolk: Spring Books, 1968. — 168 p.
- ↑ "Imperial Eggs are those Eggs presented by Tsar Alexander III and Tsar Nicholas II to the Tsarinas Alexandra Fyodorovna and Maria Fyodorovna". 2016-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-28.