Karl Qustav Emil Mannerheym - Wikipedia
Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867[1][2][…] – 27 yanvar 1951[2][3], Lozanna[4][5]) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946).[7]
Karl Qustav Emil Mannerheym | |
---|---|
isv. Carl Gustaf Emil Mannerheim | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 (16) iyun 1867[1][2][…] |
Vəfat tarixi | 27 yanvar 1951[2][3] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Bağırsaq keçməzliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası, Finlandiya |
Qoşun növü | Rusiya İmperator Ordusu, Finlandiya Silahlı Qüvvələri, Ağ Qaravullar (Finlandiya) |
Rütbəsi | Feldmarşal (1933), general-leytenant (1917), tam süvari generalı[d] (1918) |
Döyüşlər | |
Təltifləri |
|
mannerheim.fi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİsveç əsilli[8][9][10] bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsi və Rus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya[11] tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı.[12] 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır.
1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır.[13] Lakin, müharibənin sonunda Finlandiya məğlub oldu və 1940-cı ildə olduqca ağır bir sülh sazişi imzalamaq məcburiyyətində qaldı.
Finlandiya 1941-ci ilin yayında tarixi Finlandiya torpaqlarını geri almaq məqsədilə Almaniya ilə birlikdə Sovet İttifaqına qarşı müharibə elan etdi. 1942-ci ilin iyununda marşal rütbəsinə qədər yüksələn Mannerheymin rəhbərliyi altındakı birliklər Sovet Ordusunun üstünlüyü ələ keçirməsi nəticəsində müharibənin əvvəlində ələ keçirdiyi torpaqlardan geri çəkilmək məcburiyyətində qaldı.[14] 1944-cü ilin avqustunda Finlandiya prezidenti təyin olunmuş[11] və sentyabrda SSRİ ilə sülh müqaviləsi imzalamışdır.
Karl Qustav Mannerheym 4 mart 1946-cı ildə sağlıq problemlərinə görə, prezident vəzifəsindən istefa vermişdir. Həyatının geri qalan hissəsini İsveçrənin Valmost qəsəbəsində davam etdirmiş və 27 yanvar 1951-ci il tarixində Lozannada vəfat etmişdir.[15] O, 4 fevral 1951-ci ildə hərbi mərasimlə Finlandiyanın Helsinki şəhərində dəfn olunmuşdur.
Onun vəfatından 53 il sonra Finlandiyada keçirilən bir sorğu nəticəsində Mannerheym bütün zamanların ən böyük finlandiyalı şəxsiyyəti seçilmişdir.[16] O, uzun müddət müasir Finlandiya dövlətinin qurucusu hesab olunmuşdur.[17][18][19][20][21]
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Carl Gustaf Mannerheim // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Carl Gustaf Mannerheim // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118881574 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ Klinge, Matti. "Mannerheim, Gustaf (1867–1951)". National Biography of Finland. 3 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2017.
- ↑ "Archived copy". 30 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2007.
- ↑ "Wayback Machine". 30 September 2007.[ölü keçid]
- ↑ "Mannerheimin suku onkin lähtöisin Saksasta". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
- ↑ 1 2 Virkkunen, Sakari. Mannerheimin kääntöpuoli. Helsingissä: Otava. 1992.
- ↑ Screen, J. E. O. Mannerheim : the Finnish years. London: Hurst & Co. 2000. səh. 9.
- ↑ Putensen, Dörte. "Der größte Finne aller Zeiten?". Damals (German). No. 5. 2017. 72–76.
- ↑ Mannerheim 1954, p. 456.
- ↑ "Historique". Centre hospitalier universitaire vaudois. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
- ↑ Suuret suomalaiset Arxivləşdirilib 2010-08-16 at the Wayback Machine at YLE.fi
- ↑ Robert Edwards, White Death: Russia's War on Finland, 1939–40 , Phoenix, an Imprint of The Orion Publishing Group Ltd, (2007), p. 21
- ↑ Oliver Warner, Marshal Mannerheim and the Finns , Weidenfeld & Nicolson, (1967), pp.154 et seq.
- ↑ Binder, David. "Finland's Heritage on parade". The New York Times. 16 October 1983. 3 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2013.
- ↑ "Field Marshal Mannerheim, THE FATHER OF FINLAND". 15 November 1945. 24 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2013.
- ↑ "Finland Country Profile – Timeline". BBC News. 25 September 2012. 21 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2013.