Karmein Can - Wikipedia
Karmein Çan - Templestowe mahalında 13 yaşındaykən evindən qaçırılan və daha sonra ölü olaraq olan cinayət qurbanıdır.
Karmein Çan | |
---|---|
Karmein Con Çan | |
Doğum tarixi | |
Doğum yeri | Viktoriya (əyalət), Avstraliya |
Yoxa çıxıb | |
Vəfat tarixi | (13 yaşında) |
Vəfat yeri | Thomastown, Viktoriya (əyalət), Avstraliya |
Vəfat səbəbi | cinayət (silah) |
Vətəndaşlığı | Avstraliya |
Atası | Con Lahm |
Anası | Phyllis Lam |
Milliyyəti | çin |
Con Lam və yoldaşı Phyllis Lam böyük qızları Karmein Çanın doğumundan 3 il əvvəl, Çinin cənubunda olan Hong Kongdan iş qurmaq və həyatlarını davam etdirmək məqsədiylə Melbournenin 16 km. şimal şərqində olan sənaye bölgəsi Alt Plentyə yerləşmişlər. Ailə burada, bölgəyə 10 dəqiqə uzaqlıqda, baş yol üzərində kiçik bir çin restoranı açaraq işlətməyə başlamış və restoran bölgədə olduqca məşhur hala gəlmişdir. Bu sayədə Lam ailəsi, mal varlığını gücləndirərək bir gayrimenkul imperatorluğu qurmuşdur.
Hadisə
redaktəKarmein Çan 14 yaşında olduğu 1991-ci ildə məktəbə davam edir, eyni zamanda ana və atasının iş sıxlığı səbəbiylə çox zamanları olmamasından ötəri böyüyü 9, kiçiyi isə 7 yaşında olan iki kiçik qardaşına baxırdı. 13 Aprel 1991 günü axşamı qardaşları ilə birlikdə evə gələn Karmein, Marilyn Monroe haqqında bir sənədli izləmiş və daha sonra kiçik qardaşlarına yemək hazırlamaq üçün mətbəxə yönəlmişdi. Koridordan saat 21.00 sıralarında keçdiyi əsnada, yaşıl-boz paltomlu, tünd rəng kazak geyən, əlində uzun və gümüş oyma bıçaq olan bir adam, kiçik qızın saçlarından tutaraq ona yataq otağına sürüdü. Karmein, qardaşlarının olduğu yataq otağına keçdi və qapını arxadan sürgüledi. Kiçik qardaşlarına bu adamın özlərinə zərər verməyəcəyini söyləyərək onları şkafın içinə soxdu, qətiliklə səs çıxartmamalarını söylədi. Evdə olan adam saat 21.15də yataq otağının qapısını qırmağa başladı.
Bu hadisə meydana gəlmədən əvvəl Viktorya Polis Şefliyi məsuliyyət bölgəsində bənzər üç hadisə daha meydana gəlmişdi.
Bu bölgə və yaxınlarında ki bəzi evlərə girilərək 3 qız uşağının daha qaçırıldığı və ya təcavüz edildiyi bilindiyindən ötəri, Karmeinin qaçırılması hadisəsinin bir ardıcıl qatilin işi ola biləcəyi qiymətləndirilirdi.
Meyidin tapılması
redaktə16 Aprel 1992 tarixində Thomastownda Edgars dərəsində Karmein Çanın çürümüş cəsədi tapıldı. Zərərçəkmişin başına üç əl silah ilə atəş edilərək öldürüldüyü edilən araşdırmada təsbit edildi.