Karpet Balyan - Wikipedia
Karpet Balyan (erm. Կարապետ Բալյան; 1800[1][2], Konstantinopol, Osmanlı imperiyası – 15 noyabr 1866, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.[4]
Karpet Balyan | |
---|---|
q.erm. Կարապետ Պալեան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1800[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1866 |
Vəfat yeri | |
Fəaliyyəti | memar |
Atası | Qriqori Balyan |
Uşaqları | |
Ailəsi | Balyan ailəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSaray memarlarından Qriqori Balyanın oğlu olub, 1800-cü ildə İstanbulda dünyaya gəldi. Gənclik illəriylə bağlı yetərli məlumat yoxdur. Atasının vəfatının ardından 1831-ci ildə bacısının əri Ohannes Sərvəryanla birlikdə saray memarlığına təyin olundu. Bu vəzifədə ikən bir çox səərlərin inşasında iştirak etdi. Bu fəaliyyətiylə yanaşı Erməni Həvari kilsəsinə də xidmətləri olmuşdur. Kilsə tabeliyindəki bir neçə erməni məktəbi məhz onun maddi dəstəyilə açılmışdır. Sultan Mahmudun vəfatının ardından da vəzifəsini davam etdirən Karpet Balyan onun övladları - Sultan Əbdülməcid və Sultan Əbdüləzizinin səltənətlərində də xidmət etmişdir. 15 noyabr 1866-cı ildə İstanbulda vəfat etdi.
Əsərlərinin bir çoxunda erməni memarlığının ünsürlərindən istifadə edən Karpet Balyan bu məqsəslə qədim erməni yurdu hesab edilən Ani şəhərindəki qədim xarabalıqlara dəfələrlə səyahət etmişdir. İlk evliliyi Nazənin Babayan, ikinci evliliyi isə Meriç adlı xanımla baş tutdu və bu nigahlardan 11 övladı (6 oğlu və 5 qızı) doğuldu.
Əsərləri
redaktə30 illik fəaliyyəti boyunca 7 saray, 4 fabrik, 1 kazarma, 1 məscid, 2 xəstəxana, 3 məktəb, 2 su bəndi, 2 türbə və 7 kilsə inşa etdirmişdir. Onlardan bəziləri bunlardır:
- Dolmabağça sarayı
- Salıpazarı sahilsarayı
- Köhnə Çırağan sarayı
- Ortaköy məscidi
- Əyyubsultanda Çiftəsaraylar
- Panqaaltında Hərbi məktəb
- Köhnə Ulduz sarayı
- Yeşilköy köşkü
- Sultan Mahmud türbəsi
- Sultan Əbdülməcid türbəsi
- Bağçaköydə Validə su bəndi
- Bakırköydə toxuma fabriki
- Zeyrinburnunda dəmir fabriki
- İzmitdə çuxa fabriki
- Hərəkədə bir fabrik
- İzmitdə Hünkar köşkü
- Bandırmadakı erməni kəndində Surp Sarkis Kilsəsi
Mənbə
redaktə- Afife, Batur, Balyan Ailesi. Kişisel Arşivlerde İstanbul Belleği, Taha Toros Arşivi, 1992, s. 1089.
- Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19.Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020.
- Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96-108.2007
İstinadlar
redaktə- ↑ 1 2 Garabet Amira Balyan // Répertoire des artistes (fr.).
- ↑ 1 2 Karapet Grigori Balyan // Union List of Artist Names (ing.).
- ↑ Union List of Artist Names (ing.). 2013.
- ↑ Pamukciyan, Kevork. “Garabet Balyan”, İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.